"Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmasının vaxtı çatıb"
" class="imgbcode" />"Ermənistanın Türkiyə ilə diplomatik əlaqələr qurmasının vaxtı çatıb".
KONKRET.az xəbər verir ki, bunu Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Tallinndə Estoniyanın xarici işlər naziri Marqus Çahkna ilə birgə mətbuat konfransında deyib.
O vurğulayıb ki, İrəvan qonşusu ilə diplomatik münasibətləri tənzimləməyə və üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədləri açmağa hazırdır.
"Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə tənzimləməyə, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyə ilə münasibətlərin mərhələli şəkildə tənzimlənməsi, üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olanlar üçün sərhədlərin açılması ilə bağlı müqavilələrimiz var. Düşünürəm ki, onları yerlərdə həyata keçirməyin vaxtı çatıb", – diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı referendum keçirə biləcəyini bildirib. O, həmçinin Ermənistan xalqının Aİ-yə üzvlüyünə səs verəcəyinə əminliyini ifadə edib.
Natiq Səlim,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı