Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın "kokain diplomatiyası

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın "kokain diplomatiyasıErmənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın "kokain diplomatiyası"
Görünür dünya Qarabağdakı hərbi məğlubiyyətin Ermənistanın hakim elitasını ayıldacağı və dünyaya baxışlarını daha adekvat edəcəyi qənaətində tələsib.
Bu barədə Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın "münaqişənin yalnız beynəlxalq ictimaiyyətin "Qarabağ xalqı"nın öz müqəddəratını təyinetmə hüququnu tanıması şərti ilə həll ediləcəyi" barədə sərsəm bəyanatına münasibət bildirilən "American Policy News" nəşrində deyilib.
Məqalədə vurğulanır ki, Ermənistanın xarici siyasət qurumu rəhbərinin bu bəyanı beynəlxalq ictimaiyyəti çox təəccübləndirib.
"Onların bir qismi ehtimal edir ki, Ara can müharibənin 44 gününü yatıb və bu səbəbdən Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aqressiv ritorikasını davam etdirmək iqtidarında olmadığını qətiyyən anlamır. Auditoriyanın başqa bir hissəsi də ciddi şəkildə düşünür ki, erməni diplomatiyasının başçısı bu bəyanatı verərkən Latın Amerikasından gələn yüksək keyfiyyətli kokainin təsiri altında olub", - deyə məqalədə vurğulanıb.
"İrəvan 30 ilə yaxın müddətdə narahat olmadı, indi isə "güclü təpik" və "cingiltili şillədən" sonra qəflətən qürurlu bir mövqe tutmağa qərar verib və parlaq zəfər çalmış ölkənin prezidentinə imzaladığı sənədlərin düzgün başa düşülməsini öyrətməyə başlayıb", - deyə müəllif əlavə edib.
"American Policy News"  qeyd edir ki, Ayvazyan hazırkı vəzifəsini əslində məsuliyyət kimi deyil, əlavə qazanc üçün fürsət pəncərəsi kimi qəbul edir.
"Ermənistan Xarici İşlər Nazirliyini bütün karyerası boyu (əksər hissəsi bu və ya digər şəkildə Latın Amerikası ilə əlaqəli idi) bununla məşğul olub. Ayvazyan 1996-2006-cı illərdə Ermənistanın Argentina və Çilidə, 2000-2006-cı illərdə isə Uruqvayda səfiri olub. 10 illik fasilə və 2016-2020-ci illərdə yenə Meksikada səfir, 2017-ci ildən 2020-ci ilə qədər - Kuba, Kosta Rika, Honduras və Qvatemalada səfir, 2018-ci ildən 2020-ci ilə qədər Panamada səfir olub. Bax, belə bir "işgüzar".
Məqalə müəllifinin sözlərinə görə, "seks, narkotik və Frida Kalo" qitəsində on illik fasilə təsadüfi olmayıb, "diplomatiya nəhəngi" orada ciddi bir qalmaqalda əsas fiqur olub.
Qruplaşma diplomatik franşiza ilə lüks markalı maşınların əldə olunmasını, diplomatik kanallarla (yəni yoxlama və vergi kanallarına tabe olmayan) və xüsusi rəsmiləşdirmə olmadan satışını təşkil edirdi. Bax belə bir "dyuti-fri".
"Ara Ayvazyan bilərəkdən Cənubi Amerikada başgicəlləndirici qaçaqmalçılıq sxemlərini fırladan mütəşəkkil bir diplomatik qruplaşmaya qatıldı, hansı ki, üzvləri Nigeriya, Çili, Mərakeş, Boliviya kimi ölkələrin diplomatları və diplomatik cəbhənin erməni əsgərləri idi", qəzet əminliklə bildirir.
Nəşrin məlumatına görə, nə Argentina prokurorluğunun, nə də onun İspan mütəşəkkil cinayətkarlığı ilə əlaqələri ilə bağlı həvəslə ifadəsini arzulayan Barselonanın hüquq-mühafizə orqanlarının Ayvazyana əli çatmadı.
"İndi belə bir reputasiya sahibi və Latın Amerikasının hüquq-mühafizə orqanlarının diqqətində olan bir şəxs erməni diplomatiyasına rəhbərlik edir, prezidentlərə müqavilələri və razılaşmaları necə düzgün oxumağı öyrədir. Bəs necə olmalıdır, heçnəsiz qalan İrəvan üçün Ayvazyan da bir diplomatdır. Görünən odur ki, Ermənistanın boş-boğaz hakimiyyəti hadisələrə real baxmaq niyyətində deyil, bu halda narkotik kartelləri ilə əlaqəsi olan xarici işlər naziri ən ehtiyac duyduqları şeydir", - deyə "American Policy News" xəbər yayıb. /oxu.az

Siyasi       Tarix: 05 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son vəziyyət qarabag xeberler bu qun