"Ermənistanla İşçi Qrupun yaradılması və mətn üzrə danışıqlara başlamağa hazırıq" - Hikmət Hacıyev

"Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması ilə əlaqədar mövqeyimiz Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə və bütün imkanlarda, fürsətlərdə açıq şəkildə ifadə olunub".
KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, regionda yeni bir sülh gündəliyinin yaradılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü Azərbaycana məxsusdur: "5 prinsipdən ibarət olan sənəd də məhz Azərbaycan tərəfindən təqdim olunub. Prezident İlham Əliyev tərəfindən də bu gün qeyd olundu ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında əsas ana qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınmasıdır. Azərbaycan təqdim olunmuş prinsiplər əsasında öz mövqeyini ifadə edib. Əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və qəbul edirsə, bu əsnada biz dövlətlərarası münasibətlərdə normallaşmaya da nail ola bilərik. Bunun üçün müxtəlif proseslər və platformalar vardır ki, Azərbaycanın da təşəbbüsü masa üzərindədir. Biz tezliklə İşçi Qrupun yaradılması və mətn üzrə danışıqlara başlamağa hazırıq. Bu isə regionda əsaslı dərəcədə təhlükəsizlik mühitini dəyişə bilər və davamlı sülhün və sabitliyin təməlini təşkil edə bilər".

Siyasi       Tarix: 23 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com