Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR - Bu məhsullar kəskin bahalaşacaq

Ərzaq qiymətləri ilə bağlı VACİB XƏBƏR - Bu məhsullar kəskin bahalaşacaqStatistikaya əsasən, son 1 ildə ərzaq məhsulları 30%-dək bahalaşıb.
Qiymət artımı daha çox mal əti, duru yağlar və uşaq qidalarında müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, ötən illə müayisədə bu ilin iyulunda əhali mal ətində 2-3 manata qədər artıq pul xərcləməli olub.
Sözügedən bahalaşmanın səbəbləri ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a danışıb.
"Qiymətində artım müşahidə olunan məhsulların demək olar ki, əksəriyyəti Azərbaycanda istehsal olunmur. Hətta yerli brend kimi bazarda təqdim edilən duru yağlar ölkədə sadəcə qablaşdırılır. Dünyada baş verən proseslər, Rusiya-Ukrayna münqaişəsi qiymət artımına birbaşa formada təsir göstərir. Xüsusilə Azərbaycanın duru yağlarla bağlı əsas idxalının Ukraynadan olduğunu nəzərə alsaq, biz bunu daha dəqiq əsaslandıra bilərik. Uşaq qidalarına gəldikdə isə, bu növ məhsullar hətta Azərbaycanda qablaşdırılmır və birbaşa xaricdən gətirilir və qiymət dəyişikləri ölkəmizdə də özünü biruzə verir. Məhz uşaq qidaları ilə bağlı dəfələrlə təkliflərimiz olub ki, bu qidalar sosialyönümlü məhsuldur və dünyanın bir çox ölkələrində uşaq qidalarına, geyimlərinə, aksesuarlarına vergi və gömrük güzəştləri tətbiq olunur. Azərbaycanda isə təəssüf ki, bu qayda yoxdur. Əksinə, həm gömrük rüsumu, həm də əlavə dəyər vergisinin tətbiq olunması qiymətlərin daha da artmasına səbəb olan faktorlardan biridir. Ona görə də təklif olunub ki, heç olmasa satışda əlavə dəyər vergisinin 18 faizdən heç olmasa 2 faizə salınmalıdır. Bu növ qidalarda qiymətlərin yüksək olması yeni formalaşan gənc ailələrin büdcəsinə çox pis təsir göstərir. Ona görə bütün sosialyönümlü məhsullarla bağlı gömrükdə və vergidə yeni yanaşmaya ehtiyac var".
Ekspert mal və qoyun ətində olan bahalaşmanın isə örüş sahələrinin azalması və yem qiymətlərinin artımı ilə bağlı olduğunu qeyd edib.
"Əslində ət qiymətlərinin bahalaşması gözlənilən idi, çünki 2015-2016-cı illərdən bəri ölkədə örüş yerləri və yem bazası ilə bağlı ciddi problemlər yaşandı. Texniki bitkilərin əkin sahəsinin kəskin şəkildə artırılması örüş yerlərinin azalmasına və yem bazasına olduqca mənfi təsir göstərdi. Azərbaycanda mal-qara yeminin qiyməti son 6-7 ildə 2 dəfədən çox artıb. Bəzi növlər üzrə hətta 3 dəfə artım müşahidə olunur. Təbii ki, yemin qiyməti artdıqca, ətin qiymətinə təsir göstərir. Digər səbəb isə odur ki, fermerlər və mal-qara saxlayanlar başqa sahələrdə qiymət artımını gördükdən sonra öz ehtiyaclarını ödəmək üçün məhsullarının qiymətini də artırmaq məcburiyyətində qalırlar. Ölkədə 2021-ci ildən bəri ikirəqəmli infikiyasiya müşahidə olunur və bu da ətin qiymətinin artmasına sövq edir. Bütün bu amilləri nəzərə alsaq, təbii ki, mal və qoyun ətinin artması heç də gözlənilməz deyil". / azxeber.com

Sosial       Tarix: 05 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər dunya xeberleri ən son xəbərlər son xəbərlər azərbaycanda