Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır

Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdırAccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Trend informasiya agentliyinə müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması ilə əlaqədar AccessBank-ın planlarında dəyişikliklər və ya hər hansısa gözləntilər varmı?
Mərkəzi Bankın bu qərarı inflyasiyanın artması riskini məhdudlaşdırmaq məqsədi daşıyır. Faiz artımı əlbəttə ki, əmanətlər üzrə məhsul və faizlərin artmasına səbəb olmalıdır. Ancaq bu asılılıq birbaşa təsir etmir. Asılılıq qısa müddətli likvidlik, bankların kredit vermək ambisiyaları ilə dəyişə və sığortalanan əmanətlərin illik faiz dərəcəsi ilə məhdudlaşa bilər. AccessBank olaraq manat resurslarının dəyərinin bir qədər artacağını proqnozlaşdırıq və bu artımı kreditlərin faiz dərəcələrinə təsir etmədən kompensasiya etməyə çalışacağıq.
- Bankın nizamnamə kapitalının artırılması ehtimalı yaxın gələcəkdə nəzərdə tutulurmu? Əgər belə bir ehtimal varsa, o zaman proses necə həyata keçiriləcək?
Bu məsələ illik planlaşdırmanın bir hissəsidir: bank makroiqtisadi təhlil apararkən biznes mühitinin inkişaf perspektivlərini müəyyənləşdirir və bütün əlaqədar riskləri müəyyən edir. Təhlilin nəticələrinə əsasən, həmçinin bankın strateji planlarını və ambisiyalarını nəzərə alaraq kapital haqqında qərar qəbul edilir. Bu il də eyni proses gözlənilir və ilin sonuna yaxın kapitalın artırılıb-artırılmayacağı bəlli olacaq.
- Bu ilin sonu və gələn ilin əvvəlində əsas planlar hansılardır?
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır. Bankın gəlirliliyini və səmərəliliyini də artırmaq planlarımıza daxildir.
Əlbəttə ki, daimi vəzifələrimizdən biri də müştəriyönümlü xidmət göstərməkdir. Bunun üçün prosesləri asanlaşdırmağı, əməkdaşlarımızda yeni bacarıqlar inkişaf etdirməyi və yeni texnologiyalar tətbiq etməyi nəzərdə tutmuşuq.
- Onlayn bank yaratmaq barədə düşünürsünüzmü?
Əvvəlcə gəlin, aydınlaşdıraq görək onlayn bankçılıq deyərkən məhz nə nəzərdə tutulur. Əgər bank əməliyyatlarının maksimum sayda onlayn rejimdə həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediriksə, o zaman, əlbəttə - bəli. Biz Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə bu istiqamətdə çox fəal işləyirik. Ancaq deyək ki, Neo Bank - yəni tamamilə filialsız və yalnız rəqəmsal formatda fəaliyyət göstərən bir bank anlayışını nəzərdə tuturuqsa, bu, şübhəsiz ki, bizim üçün keçərli deyil. Filiallar bizə müştərilərimizə fərdi məsləhətlər verərək onlara ən yaxşı şəkildə xidmət
göstərməyimizə imkan yaradır. Biz başa düşürük ki, gələcəkdə maliyyə əməliyyatlarının çoxu onlayn rejimdə aparılacaq, amma eyni zamanda müştərilərin bank əməkdaşları ilə canlı ünsiyyət qurmaq və fərdi xidmət almaları üçün filial şəbəkəsinin olması mütləqdir.

İqtisadiyyat       Tarix: 20 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber meherremlik 2026 son xeberler azerbaycan sonxabar