Əsəd ABŞ-a "kəllə atır" – Vaşinqtonun Suriyadakı uğursuzluğunda Türkiyə SƏHVİ – İLGİNC DETALLAR

Əsəd ABŞ-a Suriya ordusunun ABŞ hərbi qüvvələrinin Həsəkə əyalətindəki nəzarət-buraxılış məntəqəsindən keçməsinə icazə verməməsi əməlli-başlı səs-küy yaradıb. Supergücə qarşı belə bir addımın hansı səbəbdən atıldığı məlum olmasa da, ABŞ-a qarşı bu hərəkətin Bəşər Əsədə baha başa gələcəyi şübhəsizdir. Bəs görəsən Suriyanı ABŞ-a qarşı belə bir addım atmağa vadar edən, yaxud ona ürək-dirək verən nədir? Vaşinqtonun buna cavabı necə olacaq?  
Mövzunu KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Suriyanı ürəkləndirən Rusiyadır. Eləcə də Həsəkə əyalətindəki PKK və YPG birləşmələrinin mövcudluğu Suriyaya qol-qanad verir: "Amma Suriyanı ABŞ-a qarşı təhrik edən əsas qüvvə sözsüz ki Rusiyadır. Rusiya İranla əlaqələri sazlamağa çalışır. Yaxın Şərqdə möhkəmlənmək üçün Suriyanı əlində saxlayır. ABŞ-I buradan sıxışdırmaq üçün Suriya vasitəsi ilə həmlələr edir. Beləliklə də zəifləyən və gücdən düşən Rusiya ABŞ və dünyaya əks mesajlar ötürməyə çalışır. Özünün zəif olmadığını, geopolitik məkanda gücünü qoruyub saxladığını, strateji tərəfdarları vasitəsi ilə dünya düzəninə təsir etdiyini sübuta yetirmək istəyir. Amma bunların hamısı boş və mənasız arqumentlərdir. Əslində vəziyyətin bu yerə gəlib çatmasında ABŞ-ın da səhvləri var. ABŞ-ın Suriyada müəyyən uğursuzluqları Türkiyəyə arxa çevirdiyi vaxtdan başladı. Terrorçu qüvvələri bu və ya digər formada müdafiə etdi və Bəşər Əsəd rejiminin dirçəldilməsinə dəstək vermiş oldu. Zənnimcə Amerika bu səhvlərdən nəticə çıxarmalı və bölgəyə daha ciddi nəzarət etmək üçün Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin bütün formalarda bərpasına səy göstərməlidir".
Əsəd ABŞ-a Politoloqun sözlərinə görə, ABŞ kinli dövlətdir və baş verənləri yadda saxlayır: "Odur ki, Suriyaya həmən cavab verməsə də, bir müddət sonra müvafiq addımlar atacaq. Bölgədə ABŞ-ın cavab verməsi üçün onun Türkiyə ilə əlaqələri sazlaması lazım olacaq. Yaxud da Vaşinqton İsrailə müraciət edəcək. Sözsüz ki Bəşər Əsəd rejiminə qarşı zərbə endiriləcək. Bu, həm İsrail, həm də ABŞ tərəfindən edilə bilər. Yaxud, Türkiyə ilə birgə məsləhətləşmədən sonra prosesə Ankaranın da dəvət olunması mümkündür".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 09 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler en son xeber son xeberler bugun 2026 azerbaycan sou xeberler