Əsəd rejiminin gizli nüvə sirri ÜZƏ ÇIXDI: Deyr-əz-Zorda məxfi reaktor tikilirmiş
Devrilmiş prezident Bəşər Əsəd hakimiyyəti dövründə Suriyada gizli şəkildə nüvə reaksi̇oru inşa edilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi BMT-nin məxfi məruzəsinə istinadən məlumat yayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri avqust ayında Suriyadakı bir neçə obyektə baş çəkərək, əvvəllər şübhə doğuran nüvə obyektlərinin mövcudluğunu təsdiqləyiblər. Agentliyin məlumatına görə, Əsəd hökuməti Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə çərçivəsində təminatlar sazişinin tələb etdiyi kimi nüvə materiallarını, obyektləri və müvafiq fəaliyyəti bəyan etməyib.
Müfəttişlərin nəzərdən keçirdiyi obyektlər arasında Deyr-əz-Zor rayonunda tikilməkdə olan reaktor, nüvə yanacağı istehsal edən müəssisə və onun saxlanılması üçün nəzərdə tutulan digər bir obyekt də olub.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun