Eurovision' iştirakçıları olan əkiz bacılar evdə ölü tapıldı - FOTO
1959-cu ildə "Avroviziya" müsabiqəsində Qərbi Almaniyanı təmsil etmiş əkiz bacılar Elis və Ellen Kessler 89 yaşlarında dünyalarını dəyişiblər.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, onların cəsədləri bazar ertəsi günü Münhenin Grünvald bölgəsindəki evlərində tapılıb.
Almaniyanın "Bild" qəzeti yazır ki, bacılar "artıq yaşamaq istəmədikləri üçün" həyatlarına birlikdə son qoymağı seçiblər. "CNN"in məlumatına görə, prosesi Alman İnsani Ölüm Cəmiyyəti (DGHS) dəstəkləyib. Bacılar təşkilata bir il əvvəl üzv olmuşdu.
Onların qərarı uzun müddət düşünülmüş, hər hansı psixiatrik böhrandan uzaq və tam şüurlu şəkildə verilib.
Qeyd edək ki, Kessler əkizləri 1950-60-cı illərin məşhur estrada simaları olub. Onlar Parisdəki məşhur Lido kabarəsində çıxış edib, 1959-cu ildə Almaniyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil ediblər. Frank Sinatra, Fred Astaire və Elvis Presley kimi ulduzlarla da səhnəni bölüşüblər.
Məlumata görə, bacılar küllərinin anası və itləri ilə birlikdə eyni qabda dəfn edilməsini vəsiyyət ediblər.


PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar