Ev almaq istəyənlərin nəzərinə: Gələn ilin yanvar ayından qiymətlər artacaq

Ev almaq istəyənlərin nəzərinə: Gələn ilin yanvar ayından qiymətlər artacaq"Artıq ilin sonuna sayılı günlər qalıb. Əmlak bazarında il sonu həmişə durğunluq olur. Düşünürəm ki, 2024-cü ildə yanvar ayının sonundan əmlak bazarında yenidən canlanma baş verəcək. Bu da öz-özlüyündə qiymət artımına gətirib çıxaracaq…"
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Ekspert bahalaşmanın səbəblərindən də danışıb: "Son 20 ilin statistikasına baxsaq, görərik ki, paytaxt Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların qiymətlərində artım davam edir. Xüsusən, Bakıda hər il ciddi qiymət artımları baş verir. Ən çox artım 2023-cü ildə oldu. Hətta bəzi əmlaklar 2022-2023-cü illərdə 20-25%-ə qədər bahalaşdı. Qiymət artımı müxtəlif səbəblərdən qaynaqlanır. Paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərində çoxmənzilli binaların inşası üçün torpaq sahələri qalmadığına, yaxud da qalan torpaqların kəskin baha olduğuna görə artıq tikintinin maya dəyəri artır. Beləliklə, tikilən binalarda qiymət artımları baş verir. Daha çox köhnə binaları sökərək çoxmənzilli binaları tikirlər. Bu da öz-özlüyündə ciddi qiymət artımına səbəb olur. Tikinti şirkətləri evləri sökülən sakinlərə yeni binalar təhvil verilənədək kirayə pulu ödəyirlər, yekunda yeni binalarda onları tam təmirli mənzillər verirlər və s… Bu cür amillər qiymətləri artırır. Həmçinin torpaq sahələrinin, tikinti materiallarının bahalaşması da daşınmaz əmlak sahəsində qiymət artımına gətirib çıxarır. Məsələyə başqa tərəfdən baxsaq, artıq azad olunmuş ərazilərimizdə çox ciddi tikinti-bərpa işləri gedir. Bu da həmin ərazilərdə minlərlə yeni iş yerlərinin açılması deməkdir. Yeni iş yerləri açıldıqca bölgələrdən xüsusən tikinti sahəsində çalışanlar üçün paytaxta yox, Qarabağa üz tutmaq daha əlverişlidir. Çünki əməkhaqqı azad olunan ərazilərdə şəhərdən yüksəkdir. Digər xərclər də qarşılandığı üçün daha çox Qarabağa üz tuturlar. Bu da getdikcə paytaxtda evlərin, xüsusən də, kirayələrin qiymətinə öz təsirini göstərəcək. Əlavə olaraq, Qarabağda bərpa işləri getdikcə yeni kəndlər, qəsəbələr də salınır. Məcburi köçkünlərimiz mərhələli şəkildə öz yurd-yuvalarına göndərilirlər. Təbii ki, paytaxtda insan sayı azaldıqca daşınmaz əmlaka olan tələbat da nisbətən azalır. Düşünürəm, yaxın 5 il ərzində – Qarabağda tikinti işləri müəyyən həddə çatdıqdan sonra paytaxta tələbat daha da azalacaq. Çünki məcburi köçkünlərimiz həmin ərazilərə göndərildikcə dövlət tərəfindən onlara verilmiş evlər geri alınır. Bu evlər zamanla minimal qiymətə satışa çıxarılacaq. Biz bunun 2020-ci ildə qələbəmizdən sonra şahidi olduq. Məcburi köçkünlər üçün tikilmiş şəhərciklər artıq onlara verilmədi. Təqribən, 5 minə yaxın mənzilin yarı hissəsi şəhid ailələrinə verildi, digər hissəsi isə minimal qiymətə satışa çıxarıldı. Hazırda Bakı ətrafında bu cür çoxsaylı şəhərciklər tikilib. Həmin şəhərciklərdə on minlərlə mənzil məcburi köçkünlərə verilib. Vətəndaşlarımız öz yurd-yuvalarına göndərildikcə həmin mənzillər də satışa çıxarılacaq. Ucuz qiymətə satışa çıxarılması, təbii ki, əmlak bazarına yeni ucuz mənzillərin çıxmasına səbəb olur. Bu, qiymətlərin stabilləşməsinə də gətirib çıxara bilər. Düşünürəm ki, yaxın gələcəkdə artıq paytaxtın əmlak bazarında qiymətlərdə enmələr müşahidə olunacaq…"

Sosial       Tarix: 22 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun cəbhədən son dəqiqə ensonxeberler son xeberler bugun 2026 canli