Evdə metan qazından zəhərlənmə: Əlamətlər, ilk yardım

Evdə metan qazından zəhərlənmə: Əlamətlər, ilk yardımMəişət təhlükələrindən biri də evdə adi qazdan ayrılan metandan zəhərlənmədir. Bu qaz mətbəxdə qaz plitəsində, eləcə də yanacaqdoldurma məntəqələrində olur. Metan ucuzdur, faydalıdır, lakin insan üçün toksikidir, ölümə səbəb ola bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, metandan qorunmaq üçün onun barədə az da olsa məlumatlı olub, zəhərlənmə əlamətlərini vaxtında aşkar etmək lazımdır.
Metan nədir?
Bu qaz şəffafdır, qara tüstü və qoxu vermir, görünmür. Ona bildiyiniz qaz qoxusunu verən merilmerkaptan adlı xüsusi əlavədir. Əgər bu maddə metan qazında az olsa və ya insanın qoxu bilmə qabiliyyəti zəifdirsə, burnu tutulubsa, heç bu qoxu da hiss olunmur.Havada həddən artıq olduqda partlayış baş verir. 
Açıq havada havadan yüngül olduğu üçün dərhal yuxarı qalxır, ağciyərlərə düşmür. Qapalı məkanda isə uzun müddət dolduqda yığılır. 25% qazla nəfəs almaq kifayətdir ki, zəhərlənmə baş versin. Bir təhlükəli məqam da oldur ki, metan çox asanlıqla hematoensefalik baryeri aşıb, beynə çatıb onu zədələyir. Eləcə də tənəffüs sistemi və mərkəsi sinir sistemini iflic edir.
Zəhərlənmənin əlamətləri:
-Baş ağrısı
-Gözlərdən yaş axma, sulanma
-Ümumi halsızlıq
-Ürəkdə sancı
-Başgicəllənmə
-Yuxunun gəlməsi
-Mərkəzi Sinir sisteminin pozulması
-Hərəkət koordinasiyasının pozulması
-Ürək döyünmələrinin artması
-Huşun itməsi
Ağır formada artıq ürək əzələri, beyin zədələnir, ağciyərlər şişir, xəstədə asfiksiya olur, huşunu itirir, 5-7 dəqiqə sonra ürəyi dayanır
İnsan ilk növbədə insan evdə qəfildən başının ağrıması, sinəsində ağrı olmasına diqqət yetirməlidir. 
Əlinizdəkilər yerə düşürsə, səntirləyirsizsə, yerişiniz dəyişibsə, dərhal açıq qapıya doğru gedin, çölə çıxın. Qazla zəhərlənmə ilə tam intoksikasiyanın baş verib, huşun itməsinə qədər cəmi 2-3 dəqiqəniz var.
İlk yardım:
Qazla intoksikasiyada xəstəni təmiz açıq havaya çıxarmaq birinci köməkdir. 
Əgər hərəkət edə bilmirsə, qazı söndürüb,bütün pəncərələri açmaq lazımdır
-Xəstənin üst geyimini qurşaqdan yuxarı açmalı, çıxarmalı, kəməri açmalı
-Süni tənəffüs verməli
-Alnına buz, soyuq su qoymalı
-Ayaqlarınını altına hündür bir şey qoyub yuxarı qaldırmaq
-Naşatır spirti qoxlatmaq
-qusma varsa, böyrü üstə çevirib, başını bir qədər yuxarı tutmalı, ağzının içini təmizləməli
-Bir qədər özünə gəldikdən, tənəffüsü bərpa olduqdan sonra bol maye, su, ilıq çay, qatıq verməli
--Qara kömür tableti 5-7 ədəd içilməli
-Daha sonrakı müalicə stasionarda həkim nəzarətində aparılır
-Beyin, ürək, ağciyərlər, damarlar yoxlanılır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler en sonxeber xeberler azerbaycan sonxeber.az xəbər