Evə girən oğru xoruzla toyuğu bir-birinə bağlayaraq şkafa qoyub

Evə girən oğru xoruzla toyuğu bir-birinə bağlayaraq şkafa qoyubSportinfo.az saytının baş redaktoru İlkin Vaqifoğlunun evindən oğurluq edilib və aparılan əşyaların yerinə ölü xoruz və ölü toyuq qoyulub.
Open.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı gecə saatlarında Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin anbarında baş verib.
İ.Vaqifoğlu açıqlamasında bildirib ki, oğurluq edən şəxs və ya şəxslər anbardan 5 min manatlıq ev əşyaları aparıblar:
"Polis bizə dedi ki, oğurlanan əşyaların siyahısı və qiymətlərini yazıb verək. Bunu araşdıranda anbarın ən dib hissəsində yerləşən şkafın ən aşağı gözündən boğularaq öldürülmüş və dəsmalla bir-birinə bağlanmış xoruz və toyuq tapdıq. Onların başı kəsilməmişdi və heyvanlar bizim deyildi, kimsə onları kənardan gətirmişdi. Səhəri gün isə həyətimizdəki toyuğun başını kəsib darvazanın yanına atmışdılar. Hər iki halla bağlı polisə məlumat vermişik, cinayət işi açılıb. Lakin bu məsələ artıq oğurluqdan fərqli bir hadisədir. Bunu edən şəxslər mənə və ailəmə hədə-qorxu gəlirlər. Şübhələndiyimiz kimsə yoxdur. Daxili İşlər Nazirliyi rəhbərliyindən xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün və ciddi araşdırılsın. Çünki artıq məsələ mənim və ailəmin həyatı ilə bağlıdır". /open.az

Hadisə       Tarix: 02 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın


son xeberler azerbaycan xeberleri yeni xeberler ensonxeberler son xeber.az xeber saytlari cəbhədən canlı