"Evimiz" və CUBİCS "Brandonline"da ev üçün malların onlayn mağazasının yaradılması barədə razılığa gəlib

"Evimiz" və CUBİCS "Brandonline"da ev üçün malların onlayn mağazasının yaradılması barədə razılığa gəlib"Evimiz" və CUBİCS "Brandonline"da ev üçün malların onlayn mağazasının yaradılması barədə razılığa gəlib
Şirkətin əsas məqsədi auditoriyanın loyallığını, eləcə də xidmət səviyyəsini artırmaqdır. İndi innovasiyalı texnologiya sayəsində müştərilər öz mühitlərində asanlıqla rahatlıq yaradacaq, sahibkarlar isə müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərə biləcəklər.
"Evimiz" mağazası eksklüziv dəbli mebel növləri, orijinal aksessuarları, unikal bağ malları və rahat yaşayışda arzu olunan hər şeyi dəyərləndirənlər üçün ideal seçimdir. Geniş çeşidlə yanaşı, bu brend həmişə yüksək dərəcəli müştəri yönümlülüyü və yanaşmasının müasirliyi ilə fərqlənib: belə ki, tezliklə mobil tətbiqlər vasitəsilə yerli bazar üçün nisbətən yeni olan omnikanallıq modeli tətbiq ediləcək.
Bu metodika oflayn və onlayn kommunikasiya kanallarının sıx inteqrasiyasını, habelə insanların üstün bildikləri meyarları daha dərindən öyrənmək üçün nəzərdə tutur. Bir neçə mənbədən əldə olunan məlumat istehlakçının maraqlarını nəzərə alaraq, fərdi təklifin formalaşdırılması üçün daha möhkəm zəmin yaradır.
Şirkətin direktoru Ceyhun Cəfərovdan xahiş etdik ki, biznesin onlayn və omnikanal yanaşma konsepsiyasına doğru genişləndirilməsi ilə bağlı qərarını şərh etsin:
"İndiki dövrdə insanlar artıq bir tipli qarşılıqlı fəaliyyətlə kifayətlənmir. Müştərilər mağazalardakı malları nəzərdən keçirərək, onlara fiziki olaraq toxunmaq, məhsulların xüsusiyyətlərini və qiymətlərini müqayisə etmək imkanına malikdirlər. Bəzən mallara yerində baxış keçirərək, alıcılar satınalma qərarını daha sonra verirlər. Digər hallarda isə onlar internetdə maraqlı modelləri seçirlər və nəhayət, düzgün seçimlərindən əmin olmaq və satınalmanı yekunlaşdırmaq üçün satış məntəqəsinə yollanırlar.
Bu cür müşahidələr göstərir ki, müasir həyatda davamlı inkişaf üçün biznes fəaliyyətində daha çox səy göstərmək lazımdır – şou-rumları və dəstəyi, habelə mağazalarda məsləhətçi xidmətlərini, onlayn kataloqları və bir çox digər kateqoriyaları təqdim etməklə müştəri bazasına diqqət yetirərək, onu genişləndirmək. Bu yanaşma yalnız müştəri auditoriyasını genişləndirməyə deyil, həmçinin onun loyallığını artırmağa kömək edir. Sonda əlavə etmək istərdim ki, "Evimiz" həmişə müştərilərini üstün tutur və indi biz xidmətin daha rahat şərtlərini təmin etmək üçün əlimizdən gələni edirik. CUBICS-ə müraciət edərək, biz layihənin ən qısa müddətdə ən yaxşı şəkildə yerinə yetirilməsini gözləyirik. Tezliklə alıcılarımız yeni veb-saytımız, eləcə də "AppStore" və "Google Play"də yüklənə biləcək mobil tətbiqlər vasitəsilə bizə müraciət edə biləcəklər".
Biz isə öz tərəfimizdən yeni "Evimiz" layihəsinə uğurlar arzulayırıq və səbirsizliklə şopinq üçün yeni imkanların təqdim olunmasını gözləyirik. /oxu.az

Sosial       Tarix: 30 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

PISA-da oxu nəticəmizi necə yüksəldək?

Son PISA-2025 nəticələrinin açıqlanması Azərbaycan təhsilində bir sıra mühüm məsələləri yenidən müzakirəyə çıxardı. Məncə, burada diqqət çəkən məqamlardan biri Elm və Təhsil Nazirliyinin, xüsusilə nazirin nəticələri açı

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən canlı sonxeber cəbhədən son xəbərlər 2026 havanın temperaturu