Evli tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: "Onun əri narkomandır

Evli tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: Millət vəkili Elman Nəsirovla bağlı günlərdir sosial şəbəkələrdə, bir sıra saytlarda qalmaqallı xəbərlər yayılır.  Belə ki, deputatın öz tələbəsi ilə eşq yaşadığı, evli xanımın ailəsini dağıtdığı iddia edilir.
Azxeber.com xəbər verir ki, cəmiyyətdə ciddi narazılıq yaradan bu qalmaqallı iddia ilə bağlı deputat Elman Nəsirov Manşet.az-ın suallarını cavablandırıb.
Elman müəllim xanım tələbənizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədir?
-Tələbəm deyil, Qərb universitetində oxuyub o xanım. Boş söhbətlərdir. Demişəm, tapsınlar xanımın özünü, reaksiya versin.
Sizin evli xanımla yazışdığınız iddia olunur. Yayılan məlumat doğrudur?
-Bunlar hamısı yalan məlumatdır, "fiktivni"dir. Kişi manyakdır, onun əri narkomandır. Qadın məhkəmədə iddia qaldırıb, əmlak bölgüsü tələb edir. Xanım ondan çoxdan ayrılıb.  Bu kişi də istəyir ki,  keçmiş arvadını əxlaqsız çıxarsın, uşaqlarını əlindən alsın. İddiası olmasın. Belə ər olar, belə kişi olar? Qadın  parlamentə müraciət edib, biz də Ədliyyə nazirliyinə göndərmişik. Baxılar və cəzalandırarlar.
Konkret mesajların sizin profilinzdən yazıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?
-Mənim profilim olmayıb.
Hamı o yazışmaların sizin profilinizdən göndərildiyini deyir. Bu necə olur?
-Bu mövzu haqda danışmaq istəmirəm. Qadın danışanda məsələyə aydınlıq gələcək .
Burda sizə qarşı ciddi ittiham var. Bu barədə fikirləriniz maraqlıdır.
-Burda ciddi ittiham yoxdur. Mən deputatam. Mənə məktub göndəriblər. Mən də göndərmişəm baxılması üçün. Qadın danışsın, sonra bəlli olacaq ki, bu dözülməz şəraitdə yaşayıb. Manyakdır, uşaq döyüb. Kimə qarşı qadın şikayət etsə, onu ittiham eləyir. Bax belə… Mənim 3 dəfə, hər iki ildən bir profilimi sındırıblar. Saxta profil açıblar.
Adıçəkilən adam sizi bununla bağlı məhkəməyə verib?
-Yox qətiyyən. Siz nə danışırsınız. Bu adam dözülməz bir adam olub. Qadın onu məhkəməyə verib. Hazırda onların Suraxanıda məhkəməsi gedir.
Elman müəllim, qadının əri iddia edir ki, sizinlə yazışmasını tutandan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə nə söyləyə bilərsiniz?
-Qadının yazdığna görə bunlar çoxdan ayrılıblar. İş məhkəmədədir. Qadına hazırda zəng çatmır ki, bunlara cavab versin. Siz təsəvvür edin, əgər o qadın jurnalist kimi sizə müraciət etsə, ona kömək edin. Onda oğlan sizi ittiham edəcək ki, jurnalistlə görüşürsən. Özü də həmin adam haqda narkoman, aqressiv, hakimiyyəti pisləyən, evdə də ancaq bu ruhda danışırlar.
Belə məlumatlar var ki, Milli Məclisin İntizam Komisiyyası sizin bu məsələyə baxacaq. Bu məlumat doğrudur?
-Bu yalan məlumatdır. Belə bir məlumat yoxdur.

Sosial       Tarix: 18 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər son xeberler bugun 2026 azerbaycan en son xeberler xəbər az