Əziz Səncər 'TEKNOFEST Azərbaycan'da gənclərə çağırış etdi
"Mən məmləkətimiz deyəndə həm Türkiyə, həm də Azərbaycanı nəzərdə tuturam".
azxeber.com xəbər verir ki, bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər "TEKNOFEST Azərbaycan"da çıxışı zamanı bildirib.
"Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı Azərbaycan və Türk dünyasını təbrik edirəm. Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən "xərcəngə qarşı dərman tapa bilərəmmi?", - deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı ölkənizə və insanlığa yardım etməyə çalışın. Dürüst və ədalətli olun. Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkənizin inkişafı üçün yorulmadan çalışın. Fateh Sultan Mehmetin İstanbulu fəth edərkən dediyi kimi - "ya mən səni alacağam, ya da sən məni", - çalışın". Tanrı türkü qorusun!", - o vurğulayıb.
Qeyd edək ki, Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol 1453-cü il mayın 29-da Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilib. Bu fəth Osmanlı dövlətini imperiyaya çevirib. Eyni zamanda Bizans imperiyası tarix səhnəsindən silinib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı