Faciəli ölümdən bir neçə saniyə əvvəl... - FOTO

Faciəli ölümdən bir neçə saniyə əvvəl... - FOTOXəbər verdiyimiz kimi, mayın 19-da Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az Tofiq Məmmədovun məlum qəzadan bir neçə saniyə öncə çəkilmiş fotosunu təqdim edir.
Xatırladaq ki, hadisə T.Məmmədovun rəhbərliyi altında Xızı rayonuna təşkil edilmiş ekspedisiya zamanı baş verib. Bakıdan Xızıya yola düşən ekspedisiya üzvləri Giləzi qəsəbəsindən Xızı rayonunun inzibati mərkəzinə doğru hərəkət ediblər və qəza da T.Məmmədov yol kənarında piyada hərəkətdə olan zaman baş verib.
Belə ki, həmin gün DİN Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Kamil Hüseynovun idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə Sahib Eyvazovun sürdüyü "VAZ 2121-Niva" toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.
Bildirilir ki, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.
Faktla bağlı açılmış cinayət işinin materialları Xızı Rayon Prokurorluğuna göndərilib.
Faciəli ölümdən bir neçə saniyə əvvəl... - FOTOQafqazinfo

Hadisə       Tarix: 22 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri maşın realiti şou qurban bayrami 2026 sonxeberler