Faciəvi şəkildə ölən klub prezidentinin qardaşı 14 gündür itkin düşüb
Qubanın Barlı kənd sakini Pərvin Novruz oğlu Daşdı itkin düşüb.
azxeber.com xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun ailə üzvləri məlumat veriblər.
Məlumata görə, o, sonuncu dəfə martın 17-si, gecə saat 23:50 radələrində kənd ərazisindən keçən Samur-Abşeron su kanalı yaxınlığında görünüb.
Bir daha həmin şəxsdən xəbər alınmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bildirilib ki, artıq 14 gündür Pərvin Daşdının axtarışları gedir.
Qeyd edək ki, P. Daşdı ötən il Türkiyənin İstanbul şəhərində meyiti tapılan "Şahdağ Quba" futbol klubunun prezidenti Xanbaba Daşdının qardaşıdır. Külli miqdarda borcu olan klub prezidenti ötən il İstanbulda canına qıymışdı.
Ailədən verilən məlumata görə, onun itkisindən sonra qardaşı Pərvin dərindən sarsılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Daşdı Pərvin Novruz oğlunun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Xidmetler [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Meloni İlham Əliyevə təşəkkür etdi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)