Fahrettin Altun: "Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işlərimiz hələ bitməyib
"Azad edilmiş torpaqlar bu gün öz küllərindən yenidən doğulur".
Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun "Qarabağ Zəfəri Konfransı: Azadlığa qovuşan qədim Vətən" tədbirində çıxışı zamanı deyib.
"Atacağımız addımlarla birliyimizi gücləndirəcəyik. Bu gün görürük ki, dezinformasiya məlumatları ilə qələbəmizə kölgə salmağa çalışanlar var. Azərbaycanın 28 ildir apardığı haqq mübarizəsini boğmağa çalışırlar. Qarabağda qələbə qazansaq da, informasiya sahəsində işlərimizin hələ bitmədiyini görürük. Biz bu dezinformasiyalara yol verməyəcəyik", - deyə Altun qeyd edib.
"Qarabağ Azərbaycanın doğma torpağıdır. Qarabağ zəfəri türkçülüyə bir daha şöhrət qatdı. Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni zülmkarlığını unutmayacaq. Qarabağ azad edilib və bir daha işğal olunmayacaq", - deyə o vurğulayıb.
"Azad edilmiş torpaqlar bu gün öz küllərindən yenidən doğulur. Qarabağ hər cəhətdən dirçəlir. Azərbaycan inkişaf dastanı yazır", - deyə o əlavə edib.
Altun qeyd edib ki, bölgədə sülhün və sabitliyin təmin olunması üçün Ermənistanın da bunu yaxşı dəyərləndirməsi lazımdır.
"Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Qarabağ zəfərimiz mübarək olsun!" - deyə o təbriklərini çatdırıb. / azxeber.com

Azercell yeni nəsil "Alfa Plan" tariflərini təqdim edir
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
Paytaxtın bu rayonlarında işıq kəsiləcək
Yeni mövsümə hazırlaşan "Sumqayıt"ı kimlər sınağa çəkəcək?
Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA
İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Ukrayna Rusiyanın Omsk neft emalı zavodunu vurdu
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Bakıda kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi
Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü