Fars körfəzində "nüvə" getdi, "dəniz savaşı" gəldi: ABŞ Tehranı boğa bilərmi?

Fars körfəzində ABŞ ilə İran arasında gərginliyin yenidən artması Fars körfəzində mümkün hərbi qarşıdurma ehtimallarını da gücləndirib. Dünyanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan bu bölgədə baş verə biləcək hər hansı eskalasiya təkcə iki ölkəyə deyil, qlobal iqtisadiyyata və beynəlxalq təhlükəsizliyə də ciddi təsir göstərəcək.
Bəs ABŞ mümkün qarşıdurma zamanı İranın dəniz imkanlarını sıradan çıxara bilərmi?
Fars körfəzində Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, son günlər körfəz ətrafında vəziyyət yenidən gərginləşib və ABŞ İranın bölgədəki qüvvələrinə qarşı əməliyyatlarını intensivləşdirib.
Onun sözlərinə görə, hazırda Vaşinqton və Tehran arasında əsas qarşıdurma səbəbi Fars körfəzinin gələcək taleyi və bu strateji bölgəyə nəzarət məsələsidir:
"Dünyanın enerji təchizatının mühüm hissəsi Fars körfəzi vasitəsilə həyata keçirilir. Buna görə də ABŞ və İran bu bölgədə üstünlük əldə etmək uğrunda ciddi rəqabət aparırlar. Artıq ötən il baş verən müharibədən sonra İranın nüvə proqramı məsələsi əvvəlki qədər ön planda deyil. Hazırda əsas diqqət körfəzin gələcək geosiyasi taleyinə yönəlib."
Politoloq qeyd edib ki, ABŞ İranın dəniz potensialını zəiflətmədən bölgədə üstün mövqe qazanmasının çətin olduğunu yaxşı anlayır:
"Vaşinqton çalışacaq ki, əsas diqqəti İranın dəniz imkanlarının sıradan çıxarılmasına yönəltsin. Böyük ehtimalla növbəti ABŞ–İran qarşıdurması zamanı əsas hədəf İranın dəniz sistemləri olacaq. Hətta müharibənin əsasən dənizdə cərəyan etməsinin şahidi ola bilərik."
Z. Əmrəliyev vurğulayıb ki, İranın həm hərbi dəniz donanması, həm də SEPAH-ın dəniz qüvvələri kifayət qədər ciddi imkanlara malikdir və bu qüvvələr Tehrana xüsusilə Fars körfəzi ətrafında təsirini qoruyub saxlamağa şərait yaradır.
Ekspertin fikrincə, ABŞ mümkün üstünlüyü təmin etmək üçün bölgədəki hərbi iştirakını daha da gücləndirməlidir:
"ABŞ Fars körfəzi ətrafında dəniz qüvvələrinin sayını artırmalı, bölgəyə yeni hərbi gəmilər və texnika göndərməli, şəxsi heyəti gücləndirməlidir. Belə olacağı təqdirdə, tərəflər arasında baş verə biləcək hərbi toqquşmada Vaşinqtonun üstünlük əldə etmək şansı daha yüksək ola bilər."
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 16 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az cəbhədən son görüntülər ən son xəbərlər cəbhədən görüntüleri