Fədayə Laçın: "Çox səhvlərim olub
Fədayə Laçın Kanal S-də yayımlanan "Xəbərin var?" verilişinə qonaq olub.
azxeber.com xəbər verir ki, həbsdən çıxdıqdan sonra həyatının dəyişdiyini deyən sənətçi, əməllərindən peşmanlıq duyduğunu etiraf edib.
"Həbsxana həyatı məndə çox şeyi dəyişib. Əvvəl etdiyim səhvləri indi etmirəm. Çox səhvim olub. Özümə dəyər verməmişəm. Kiminlə bir stəkan çay içmişəmsə, gedib toyunu pulsuz oxumuşam. Utanmışam onunla pul danışmağa. Amma o, məni pulsuz oxutdurmağa utanmayıb. Ona görə də heçnəyim yoxdu indi. Pullarımı dağıtmışam ora-bura. Gərək mən də hamı kimi yığardım, özümə gün ağlayardım".
Müğənni, ona dəstək olan həmkarlarını da unutmayıb.
"O qədər yaxşılıq etdiyim adamlar oldu ki, pis günümdə heç yanımda olmadılar. Mən adi insanları deyirəm, sənət dostlarımı yox. Mənə dəstək olan sənət dostlarım da çox oldu. Nadir Qafarzadə, Nazilə Səfərli, Manaf Ağayev, Ruhi Əliyeva. Kiminsə adını çəkməsəm məndən inciyərlər. Amma əsas odur ki, nə yaxşılıq, nə də pislik edənləri unutmuram və əvvəlki səhvlərimi artıq eləmirəm. Ağıllanmışam".
Aysel
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var