Fərid Şahbazlı: "Erməni konyakından içib "məsti-xumar" olan fransızlar bunu gözləmirdilər

Fərid Şahbazlı: "Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşa edilməsi bütün dünyada geniş əks-səda doğurub. Bu gün Rusiyanın, eləcə də Avropanın ən nüfuzlu mətbu orqanları bu xəbəri manşetə daşıyıblar.
Bu hadisə özünü "demokratiyanın beşiyi" adlandıran Fransanın özündə də böyük çaşqınlıq yaradıb.
Afrikadan tutmuş Latın Amerikasına, Asiyadan tutmuş Okeaniyiya qədər "əli uzanan" qədim bir dövlətin casus şəbəkəsinin Azərbaycan tərəfindən aşkar edilməsi Parisi şok edib".
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, "erməni konyakı"ndan içib "məsti-xumar" olan fransızlar bunu gözləmirdilər: "Halbuki, Azərbaycan, milli təhlükəsizliyimizi təhdid edən bu xain şəbəkənin izinə çoxdan düşmüşdü.
Artıq "dəfn edilmiş" ATƏT-in Minsk qrupu çərçivəsində, daha sonra 44 günlük Vətən müharibəsi dövründə Fransanın Azərbaycanla bağlı tutduğu mövqe bu "jandarm-dövlət"in nələrsə "qaynatdığına" şübhə yeri qoymurdu. Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu ölkəyə göstərilən silah-sursat yardımları, beynəlxalq platformalarda antiazərbaycan ritorikası, İrəvanı yeni müharibəyə təhrik edən çağırışlar və s. məhz bundan xəbər verirdi. Ən son olaraq noyabrın 15-də Fransa Senatında, noyabrın 30-da isə Milli Assambleyada "yekdilliklə" Ermənistanı dəstəkləyən qətnamənin və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifinin qəbul edilməsi xəyanətin pik nöqtəsi oldu.
Azərbaycan diplomatiya ədəbinə uyğun olaraq Fransaya bir neçə dəfə xəbərdarlıq etdi, onun beynəlxalq hüquqa, BMT qətnamələrinə uyğun olmayan antiazərbaycan mövqeyindən əl çəkməyə çağırdı". F.Şahbazlı bildirib ki, Azərbaycan demokratiyadan, haqq-ədalətdən və insan haqlarından dəm vuran rəsmi Parisin iç üzünü bütün dünyaya göstərdi: " Bu isə o deməkdir ki, Azərbaycan cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla, onun suverenliyinə, ərazi bütövlüyünə, siyasi və iqtisadi maraqlarına təhdid olan bütün təhlükələri dəf etmək gücündədir. Biz bu gücü həm müharibə meydanında, həm də diplomatiya cəbhəsində göstərmişdik. Bu dəfə isə Fransa daxil bütün düşmənlərimiz milli təhlükəsizliyimizi qoruyan xüsusi xidmət orqanlarımızın gücünə və qabiliyyətinə şahidlik etməli oldular" / azxeber.com

Siyasi       Tarix: 28 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum