Fərid Şahbazlı: "İrəvanda yaxşı başa düşürlər ki

Fərid Şahbazlı: "İrəvanda yaxşı başa düşürlər ki, Ermənistanı düşdüyü ağır iqtisadi və siyasi böhrandan yalnız Azərbaycanla imzalanacaq sülh müqaviləsi xilas edə bilər. Lakin Ermənistanı bölgədə müstəqil siyasət həyata keçirən dövlətlərə qarşı maşa kimi istifadə edən neoimperialist güclər bundan narahatdırlar və prosesi sabotaj etmək üçün müxtəlif çirkin mexanizmlər tətbiq edirlər. Ermənistanın silahlandırılması, ölkəmizə qarşı müxtəlif qərəzli sənədlərin qəbul edilməsi, Qərb mediasında dövlətimizlə bağlı dezinformasiya siyasətinin həyata keçirilməsi Azərbaycana qarşı hücumların kiçik bir hissəsidir".
Bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı azxeber.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan sentyabr ayında antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdikdən və regionda davamlı sülh və sabitliyin təmini üçün prinsipial mövqeyini açıqladıqdan dərhal sonra ölkəmizə qarşı təxribat siyasətinə start verilib:
"Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsindən, regionda sabitliyin təmin edilə biləcəyindən narahat olan qüvvələr çirkin planlarını işə saldılar. Öncə Qarabağdakı erməni əhalisinin zorla bölgəni tərk etməsi prosesini təşkil etdilər və bu proses üzərindən Azərbaycanı "etnik təmizləmə", "genosid" kimi həqiqətdən uzaq axmaq iddialarla ittiham etməyə çalışdılar. Bu istiqamətdə həm müxtəlif beynəlxalq platformalar, həm də xarici KİV vasitəsi ilə ölkəmizə qarşı hücumlar təşkil edildi.
Daha sonra Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı kimi beynəlxalq qurumların qəbul etdiyi qərəzli qətnamələr vasitəsi ilə Azərbaycana qarşı təzyiqlərin növbəti raunduna start verildi.
Bütün bunların fonunda Fransa da Ermənistanı silahlandırmağa davam etdi. Lakin bütün təzyiqlərə baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa və tarixi ədalətə söykənən siyasətini davam etdirir".
Fərid Şahbazlının sözlərinə görə, bütün bunların əsas məqsədi Ermənistanda yenidən hərbi ritorikanı gücləndirməklə mümkün sülh müqaviləsini əngəlləməkdir:
"Ermənistanın da tez-tez sülh müqaviləsi və Azərbaycanla bağlı mövqeyində dəyişikliklər etməsi bu ölkənin müstəqil siyasət həyata keçirməkdə aciz olduğunu aşkar formada ortaya qoyur. Lakin Ermənistan üçün çıxış yolu birdir - Azərbaycanla sülh müqaviləsi imzalamaq və regionda pozucu fəaliyyətdən əl çəkmək. Bu dövləti ağır iqtisadi və siyasi problemlərdən yalnız bu yol çıxara bilər. Əks halda proseslər bütövlükdə Ermənistan dövləti üçün yaxşı heç nə vəd etmir".

Siyasi       Tarix: 04 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber