Fərid Şahbazlı: 'Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib

Fərid Şahbazlı: 'Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə fikir mübadiləsinin aparıldığı, qlobal problemlərin müzakirə olunduğu və ortaq yanaşmaların formalaşdırıldığı mühüm platformalardan birinə çevrilib. Bu forum təkcə beynəlxalq dialoq üçün meydan deyil, eyni zamanda dəyişən dünya nizamında əməkdaşlıq imkanlarının müzakirə edildiyi strateji məkan kimi diqqət çəkir".
azxeber.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, son illərdə forumun gündəliyinə daxil edilən mövzular onun beynəlxalq əhəmiyyətini daha da artırıb. Onun sözlərinə görə, Qlobal Bakı Forumu artıq regional məsələlərdən kənara çıxaraq qlobal təhlükəsizlik, siyasi sabitlik və beynəlxalq əməkdaşlıq kimi fundamental mövzuların müzakirə olunduğu nüfuzlu platformaya çevrilib.
"XIII Qlobal Bakı Forumunun keçirilməsi bir daha göstərdi ki, dünya siyasətində ciddi transformasiya prosesləri gedir və ənənəvi təhlükəsizlik mexanizmləri əvvəlki effektivliyini qismən itirib. Belə bir dövrdə dövlətlər arasında dialoq və qarşılıqlı etimadın gücləndirilməsi üçün yeni platformalara ehtiyac yaranır. Qlobal Bakı Forumu da məhz bu ehtiyacdan irəli gələrək müxtəlif ölkələrdən siyasətçiləri, ekspertləri və qərar qəbul edən şəxsləri bir araya gətirən mühüm müzakirə məkanına çevrilib", – deyə siyasi şərhçi bildirib.
Fərid Şahbazlı vurğulayıb ki, forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində prioritet hesab olunan məsələlərə diqqət çəkib.
"Dövlət başçısı xüsusilə təhlükəsizlik və sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu vurğuladı. Müasir geosiyasi reallıqlar fonunda bu yanaşma olduqca aktualdır. Çünki münaqişələrin artdığı və beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin gücləndiyi bir dövrdə sabitlik və təhlükəsizlik məsələləri bütün digər sahələrin inkişafı üçün baza rolunu oynayır", – deyə o qeyd edib.
Siyasi şərhçinin sözlərinə görə, forum çərçivəsində enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi strateji məsələlər də xüsusi diqqət mərkəzində olub.
"Azərbaycanın həyata keçirdiyi enerji və logistika layihələri regionlar arasında iqtisadi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu layihələr ölkəmizin beynəlxalq iqtisadi və siyasi sistemdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə də mühüm töhfə verir", – deyə Fərid Şahbazlı bildirib.
O əlavə edib ki, müasir dövrdə geosiyasi balansın dəyişməsi və beynəlxalq münasibətlər sistemində rəqabətin artması qlobal səviyyədə daha geniş dialoq platformalarına ehtiyac yaradır.
"Qlobal Bakı Forumu bu baxımdan fərqli siyasi mövqelərə malik tərəflərin eyni platformada müzakirə aparmasına imkan verən mühüm dialoq məkanıdır. Azərbaycanın belə bir beynəlxalq dialoq platformasına ev sahibliyi etməsi isə ölkənin regional və qlobal siyasətdə artan rolunun göstəricisidir", – deyə siyasi şərhçi fikrini tamamlayıb.

Sosial       Tarix: 16 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda toy ənənəsi dəyişir - Bahalı müğənnilər toylara dəvət olunmur…

Toyların sayında müşahidə olunan kəskin azalma toy sənayesini yeni reallıqlarla üz-üzə qoyub. Hazırda şadlıq sarayları, musiqiçilər, gəlinlik salonları, fotoqraflar maliyyə böhranı ilə üz-üzədirlər. Şadlıq sarayları böhranda

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu haqda Mill

Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bakalavrlar müsabiqənin nəticələri haqqınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xəbərlər qarabag xeberler bugun 2026 valyuta məzənnələri