Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: "İlham Əliyevin Prezident seçilməsi…

Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: Azərbaycanda 7 fevralda keçiriləcək Prezident seçkiləri, seçki öncəsi durum və namizədlərin şansları xarici KİV-lərin də diqqət mərkəzindədir. Qardaş Türkiyənin nüfuzlu "Haberler.com", "Haber7.com", "Sondakika.com" İnformasiya portalları mövzu ilə bağlı "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlının açıqlamasını dərc edib.
F.Şahbazlı Türkiyə mediasına müsahibəsində qeyd edib ki, 7 fevralda Azərbaycanda baş tutacaq Prezident seçkilərinin ölkəmizin bütün ərazilərində suverenliyini tam bərpa etdikdən sonra keçirilməsi vacib tarixi-siyasi hadisədir. O bildirib ki, son otuz ildə ilk dəfədir ki, Azərbaycan seçicisi ərazi bütövlüyü tam təmin edilmiş suveren bir dövlətin vətəndaşı kimi səs verəcək. F.Şahbazlı qeyd edib ki, bu baxımdan seçkilər həm də Azərbaycanın dövlət olaraq gələcək təhlükəsizliyinin təmin edilməsi, yeni çoxvektorlu inkişaf strategiyasının icra olunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq.
Onun sözlərinə görə, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. F.Şahbazlı bildirib ki, seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var: "Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərdə hazırki iqtidarın namizədi ilə yanaşı, müxalifət partiyalarını təmsil edən və bitərəf namizədlər mübarizə aparır. Bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər.
Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər".
Baş redaktor Türkiyə mediasına açıqlamasında deyib ki, indiyədək keçirilən bütün seçkilərdə namizədlərin platformasında əsas istiqamət ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələlər olub.
"Lakin artıq ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olunub. Bu reallığı yaradan isə ölkənin Prezidenti İlham Əliyevdir. Yalnız bu fakt onu seçkinin favoriti etməyə kifayət edir.
Digər tərəfdən isə düşünürəm ki, İlham Əliyevin Prezident seçilməsi yalnız Azərbaycan xalqı və dövləti üçün vacib deyil. Bu həm də Türk dünyası ölkələrinin inteqrasiyasına, türk dövlətləri arasında əməkdaşlığın inkişafına prinspial və ardıcıl dəstək verən bir lider kimi həm də bütün Türk dünyası üçün çox əhəmiyyətlidir"-deyə, Fərid Şahbazlı qeyd edib.
Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: Fərid Şahbazlı Türkiyə mediasına seçkilərdən danışıb: / azxeber.com

Siyasi       Tarix: 25 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri en son xeberler bu gun son xeberler bu gun metbuat xeberleri