Fevralın 15-dən sərt karantin olacaq? - Nazirdən açıqlama
"Bu gün hər hansı məhdudlaşdırıcı addımların atılmasına zəruriyyət yoxdur. Lakin sərt karantin rejiminin olması xəstəliyin gedişatı, yoluxma sayı və xəstəxanaya yerləşdirmə ilə əlaqəli vəziyyətdən asılı ola bilər".
azxeber.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev dünən keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20 %-i, reanimasiya üzrə isə bu göstərici cəmi 10 % təşkil edir:
"Ümumilikdə isə vəziyyət qənaətbəxşdir. Nəzərə almaq lazımdır ki, "Omikron" ştamına yoluxan insanlar xəstəliyi daha yüngül keçirir. Bu məlumat iki doza alan vətəndaşlara aiddir. Peyvənd olunmayanlarda xəstəlik ciddi fəsadlar törədə bilir. Artıq bir neçə şəxs reanimasiyaya yerləşdirilib. İnsanlar reallığı olduğu kimi qəbul etməlidir".
Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq:
"Bunu əsas tutaraq hər bir az vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır".
azxeber.com xatırladır ki, sosial şəbəkələrdə fevralın 15-dən etibarən Azərbaycanda sərt karantinin tətbiq olunacağı ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var