Fəzail Ağamalı: Sədri olduğum partiya seçkilərdə İlham Əliyevi dəstəkləyəcək
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.
Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-ə təyin olunub.
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, fevralın 7-si növbəti 7 il üçün qarşıda duran yeni çağırışların həyata keçirilməsi üçün vacib tarixdir:
"Cənab Prezident İlham Əliyevin fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamı biz yüksək əhval-ruhiyyə ilə qarşıladıq. Hər zaman olduğu kimi, Cənab Prezidentin atmış olduğu bütün addımlar, həyata keçirdiyi tədbirlər, imzaladığı sənədlər Azərbaycan dövlətinin güclənməsi, Azərbaycan xalqının maraqlarının reallaşmasına xidmət edir. Bu baxımdan 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri də xüsusi əhəmiyyət kəsb edir".
Deputat bildirib ki, prezident hədəflədiyi bütün vəzifələri yerinə yetirib:
"2018-ci ildə növbədənkənar prezident seçkilərində xalqın yüksək etimadını qazanan dövlət başçısı İlham Əliyev hədəflədiyi və qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirdi, Azərbaycanı bütövləşdirdi və Azərbaycanda yeni reallığın əsasını qoydu. Qalib bir dövlət, zəfər çalmış bir xalq kimi, qarşımızda yeni çağırışlar var. Bu yolda Azərbaycanı daha da gücləndirmək, ölkəmizə qarşı total xarakter daşıyan bütün təcridlərin və təhdidlərin qarşısını almaq üçün yeni bir güclə, yeni bir enerji ilə fəaliyyətimizi davam etdirəcəyik. Bu baxımdan Cənab Prezidentin fevralın 7-də prezident seçkilərinə qatılması və yenidən qalib gəlməsi növbəti 7 il üçün qarşımızda duran yeni çağırışların həyata keçirilməsi üçün çox vacibdir. Azərbaycanın dünya miqyasında daha da güclü dövlət kimi özünü ifadə etməsi bizim iradəmizdən asılı olmayaraq beynəlxalq aləmdə, dünya miqyasında gedən problemlərə qarşı olaraq dövlətimizin gücləndirilməsi üçün yeni zamandan başlamaq lazımdır. Bu zaman fevralın 7-si olacaq. Fevralın 7-dən başlayan və 7 il davam edən zaman kəsiyində Cənab Prezident Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda yaratmış olduğu reallığın məntiqinə söykənərək öz fəaliyyətini yenilənmiş komanda ilə daha yüksək səviyyədə qaldıracaq.
Deputat deyib ki, sədri olduğu partiya İlham Əliyevi dəstəkləyəcək:
"Ana Vətən" partiyası ənənələrinə sadiq qalaraq, yenidən İlham Əliyevə namizədliyini irəli sürəcək və Azərbaycan xalqı ilə bərabər onun qələbəsi uğrunda mübarizə aparacaq".
Ayşən Mirzəyeva
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi