FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR

FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLARFövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində və qurumlarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
Nazirlikdən azxeber.com verilən məlumata görə, tədbirlərdən əvvəl şəxsi heyət tərəfindən Şəhidlər xiyabanı və Xocalı soyqırımı qurbanlarının abidəsi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Xocalı soyqırımı qurbanlarının, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə erməni-daşnak qruplaşmalarının Cənubi Qafqazda reallaşdırdıqları terrorçuluq və etnik təmizləmə planlarınıdan bəhs olunub, imperialist qüvvələrin təhriki ilə həyata keçirdikləri soyqırımı aktlarının tarixinə qısa eksurs edilib. Bildirilib ki, terrorçu erməni-daşnak təşkilatı hələ ötən əsrin əvvəllərindən azərbaycanlılara qarşı dəfələrlə qətliam həyata keçirib və xalqımıza qarşı növbəti soyqrımı cinayətini 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayından dəstək alan erməni silahlı dəstələri bütün humanist dəyərləri və beynəlxalq hüquq normalarını pozaraq, dinc əhaliyə hücum edərək bəşər tarixinin ən qanlı soyqırımılarından birini həyata keçiriblər. Terrorçu qruplaşmaların həyata keçirdikləri dəhşətli kütləvi qırğın nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib.
Tədbirlərdə çıxış edən natiqlər vurğulayıblar ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 24 fevral 1994-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul edib, BMT-yə, beynəlxalq ictimaiyyətə müraciət edərək bu qətliamın həqiqi mahiyyətini açıqlayıb, dünya birliyini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Qeyd olunub ki, Dahi Rəhbərin mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət sayəsində Xocalı soyqırımı bir çox dünya dövlətləri tərəfindən tanınır. Həmçinin, Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində Xocalı faciəsinin yaraları sarınır, erməni işğalından azad olunmuş digər ərazilərimiz kimi, Xocalı şəhəri də bərpa olunur, sakinlər öz dədə-baba yurdlarına qayıdırlar.
Çıxışlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan və uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyətindən də danışılıb.
Tədbirlərdə Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLARFHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLARFHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLARFHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLARFHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR

Siyasi       Tarix: 26 fevral 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər kriminal son xeber.az