Fidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEO

Dünən Azərbaycanda ilk dəfə olaraq xanımlardan ibarət Kamera Orkestrin təqdimatı olub. 
Azxeber.com-un məlumatına görə, orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyevadır.
Bakı Musiqi Akademiyasının dosenti, tanınmış bəstəkar Könül Hüseynova orkestr barədə saytımıza ətraflı danışıb. 
O bildirib ki, orkestrin adı məhz Fidan Hacıyevanın səs tembrinə uyğun olaraq seçilib: "Orkestr "Mezzo" adlanır. Ölkəmizin istedadlı ifaçılarından təşkil olunan bu orkestr xalqımızı, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edəcək. Orkestrin yaradılması repertuar genişliyinə, eləcə də Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə bu cür orkestrlar artıq yaradılıb. Azərbaycanda isə ilk dəfə olaraq bu orkestr Fidan Hacıyeva tərəfindən yaradılıb. Bu layihə bizim və xarici ölkə bəstəkarlarının təbliği baxımından çox böyük önəm kəsb edəcək. Orkestrin xanımlardan ibarət olması başqa bir məqsəd də daşıyır. Fidan xanım bizim gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Təhsillə bağlı əngəlləri olan xanımlar onu çox narahat edir. O, bu addımı ilə onlara çağırış etmək istəyir. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir layihəsi də var. Rayon və kəndlərimizdə olan gənc qızlarımızın istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq. Məqsədimiz isə ən imkansız ailələrin uşaqlarını seçib, təhsilini, yaşayış şərtlərini Bakıda təmin etməkdir. Onlar bizim və dövlətimizin nəzarəti altında öz təhsillərini davam etdirəcəklər". 
Fidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEOƏməkdar artist Fərid Əliyev isə Fidan Hacıyevanın bütün işlərinə, uğurlarına şahidlik etdiyini bildirib: "Fidan xanım gözəl bir işə imza atıb. Onu daim dəstəkləyirəm və yanındayam. Biz neçə illərdir tərəf müqabiliyik. O, hərtərəfli istedadlı bir insandır. Ümumən bu orkestrə, özümüzə uğurlar arzu edirəm. Mənim ilk addımlarım Fidan xanımın dəstəyi ilə reallaşıb. Buna görə də ona təşəkkür edirəm". 
Fidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEOXalq artisti Fidan Hacıyeva yaratdığı orkestrdə böyük perspektiv gördüyünü dilə gətirib: "Öz orkestrımın olması ən böyük arzum idi. Çox şükr ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Orada artıq məşqlərə başlamışıq. Orkestrda yer alan qızlar çox peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Həmçinin çıxışlarımızı müxtəlif ölkələrdə reallaşdırmaq istəyirik. Azərbaycanın ucqar kənd və rayonlarında imkansız uşaqlara təhsil verməklə bərabər həmin yerlərdə fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Vokalist dostlarımın dəstəyi ilə bunu reallaşdıracağıq".
Fidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEOFidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEOFidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEOFidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEOFidan Hacıyeva Azərbaycanda ilk qadın orkestri yaratdı – FOTO - VİDEO

Şou Biznes       Tarix: 22 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026