FIDE prezidenti Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verib
FIDE prezidenti Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.
"Report" xəbər verir ki, rusiyalı funksioner belə bir insanın dünyasını dəyişməsini təkcə Azərbaycan Respublikası üçün deyil, bütün şahmat ailəsi üçün böyük itki adlandırıb.
Dvorkoviç bildirib ki, A.Rəhimov dünyada idmanın, o cümlədən, şahmatın inkişafında böyük rol oynayıb:
"Planetin hər bir guşəsindən olan şahmatsevərlərin xatirələrində onun birbaşa iştirakı ilə ən yüksək səviyyədə təşkil olunmuş turnir və forumlar - Ümumdünya Şahmat Olimpiadası, FIDE Konqresi, Dünya Kuboku, İddiaçılar Turniri, Qran-pri mərhələləri, Prezident Şurası və s. qalıb. Fəal işi sayəsində dünyada ilk dəfə Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul olunaraq, həyata keçirilib".
FIDE prezidenti A.Rəhimovun xatirəsinin yaddaşlarda əbədi qalacağını vurğulayıb.
Gənclər və idman naziri aprelin 30-da ABŞ-da dünyasını dəyişib. Mərhum bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Qeyd edək ki, daha əvvəl Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili də Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR