Fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edildi

Fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edildiAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, 22 oktyabr 2019-cu il tarixli 2019/1793 saylı Avropa İttifaqının (Aİ) Komissiya Tətbiqi Qərarına əsasən Aİ qanunvericiliyində idxal prosedurları ilə bağlı bir sıra dəyişikliklər edilib. Belə ki, Aİ-yə məhsul ixrac edən sahibkarlıq subyektləri məcburi qaydada Ticarətə Nəzarət və Ekspert Sistemində (TRACES) qeydiyyata düşməlidir. Müvafiq dəyişiklik 14 dekabr 2019-cu il tarixdən qüvvəyə minib.
Digər dəyişikliyə əsasən əvvəllər Aİ-nin sərhəd keçid məntəqələrinə kağız formasında təqdim edilən Ümumi Giriş Sənədi (Common Entry Document) Ümumi Sağlamlıq Giriş Sənədi (Common Health Entry Document) ilə əvəzlənmiş və yalnız elektron qaydada TRACES sistemi vasitəsilə sərhəd-keçid məntəqələrinə təqdim olunmalıdır.
İxracatçı subyektlər TRACES sistemində https://webgate.ec.europa.eu/tracesnt elektron keçidinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Sistemdə qeydiyyatdan keçmiş istifadəçilər eyni zamanda şirkətlərini "qeyri-heyvan mənşəli yem və qida müəssisəsi kimi" qeydiyyatda almalıdırlar. Müvafiq sorğular TRACES sistemi vasitəsilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunacaqdır.
Müəssisələr təsdiq olunduqdan sonra ixrac zamanı sahibkarlar CHED-D sənədini elektron qaydada dolduraraq TRACES sistemi ilə Aİ-nin sərhəd-keçid məntəqələrinə təqdim etməlidir.
Qeyd olunan prosedurlara riayət edilmədiyi təqdirdə məhsullar Aİ ərazisinə qəbul edilməyəcək. Prosedurlarla bağlı əlavə məlumat üçün Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin Sertifikatlaşdırma və idxal-ixraca nəzarət sektoruna müraciət oluna bilər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun