Finlandiya Ukraynaya növbəti hərbi yardım göndərəcək
Finlandiya Ukraynaya 18-ci hərbi yardım paketini hazırlamağa başlayıb.
KONKRET.az xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo Kiyevdə mətbuat konfransı zamanı deyib:
"Biz bu həftə qərar qəbul edəcəyik və bu barədə daha ətraflı məlumat veriləcək". Bundan əlavə, Finlandiya Ukraynanın bərpasında fəal iştirak etmək niyyətindədir və əməkdaşlıq planı hazırlayır. Orpo bildirib ki, ölkə yaşıl keçid, təhsil, rəqəmsallaşma və enerji sektorunda öz təcrübəsindən istifadə edir.
Finlandiya Ukraynaya ümumilikdə 1,7 milyard avrodan çox vəsait ayırıb.
Daha əvvəl Finlandiya prezidenti Sauli Niiniste bildirmişdi ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 2025-ci ildə Finlandiyanın sədrliyi dövründə Rusiya və Ukrayna üçün danışıqlar platformasına çevrilə bilər.
Xatırladaq ki, Finlandiyadan Ukraynaya 17-ci hərbi yardım paketinə digər şeylərlə yanaşı, daha çox zenit silahı və sursat daxil idi. 18-ci hərbi yardım paketində hansı silah növlərinin nəzərdə tutulduğu barədə məlumat verilməyib.
Vəli Həsənov,
KONKRET. az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ