"Finlandiya və İsveç NATO-ya nə üçün lazım olduğunu başa düşmür" - Rusiya XİN
İsveç və Finlandiyanın NATO-ya qoşulması Şimali Avropada sülh və sabitliyə mənfi təsir göstərəcək.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib:
"NATO-nun məqsədi hərbi potensialı və coğrafi ekspansiyanı gücləndirmək, Rusiyanı təhdid etmək üçün başqa cəbhə yaratmaqdan ibarətdir. Lakin Baltik regionundakı qonşularımız – Finlandiya və İsveç NATO-ya nə üçün lazım olduğu başa düşülən deyil. Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələrin olacağı göz qabağındadır".
Zaxarova NATO-ya üzvlüyün ölkələrin təhlükəsizliyini təmin etməyəcəyini bildirib:
"Təbii ki, seçim İsveç və Finlandiya hökumətlərinə məxsusdur. Ancaq onlar da başa düşməlidirlər ki, belə bir addımın ikitərəfli münasibətlərimiz və Avropanın təhlükəsizliyi üçün nəticələri olacaq".
Qeyd edək ki, aprelin 13-də paytaxt Stokholmda Finlandiyanın baş naziri Sanna Marin və İsveçin Baş naziri Maqdalena Andersson arasında görüş keçirilib.
Marin ölkəsinin NATO üzvlüyü üçün yaxın həftələrdə müraciət edəcəyini vurğulayıb.
Həmçinin Andersson Avropada yeni təhlükəsizlik vəziyyətinin olduğunu və bu vəziyyəti dəyərləndirərək NATO-ya üzvlüklə bağlı qərar verəcəklərini bildirib.
İqbal Rzayev,
KONKRET.az

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq