"Fitch": İnkişaf etməkdə olan ölkələrdə bankların reytinqinə mənfi təzyiq qalmaqdadır

"Fitchİnkişaf etməkdə olan ölkələrdəki bankların təxminən yarısının reytinqləri üzrə proqnoz "mənfi" olaraq qalır.
Azxeber.com xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir.
Hesabatda hər regionda bankların perspektivi nəzərdən keçirilib və 52 əsas bank sektoru üzrə maliyyə göstəriciləri ətraflı şəkildə göstərilib.
Qeyd olunub ki, "mənfi" proqnoz pandemiya səbəbindən bankların aktivlərinin keyfiyyətinə olan təzyiqi, eləcə də keçən il müşahidə olunan iqtisadi tənəzzüllərin ertələnmiş təsirini əks etdirir.
"İnkişaf etməkdə olan bazarların əksəriyyətində qeyri-işlək kreditlərin göstəricisinin artımı yalnız mülayim olub, bəzi bazarlarda isə hətta azalma müşahidə olunub. Eyni zamanda 2020-ci ildə kredit keyfiyyətindəki pisləşmənin qarşısı tənzimləmə və borcalanlar üçün borc yükünün yüngülləşdirilməsi ilə müəyyən dərəcədə alınıb. Lakin bu tədbirlər ya keçən ilin sonu sona çatıb, ya da bu il sona çatır. Bu, inkişaf etməkdə olan ölkələrdəki banklardan alınan kreditlərin keyfiyyəti üzərində davamlı təzyiqlərə səbəb ola bilər", - hesabat müəllifləri hesab edirlər.
Bəzi hallarda "mənfi" proqnoz müəyyən inkişaf etməkdə olan ölkələrin və ana bankların reytinqləri üzrə proqnozu əks etdirir. 2020-ci ilin birinci yarısının sonundan bəri "Fitch" inkişaf etməkdə olan bazarlarda bankların reytinqlərini 8% aşağı salıb. 8% bankda isə eyni dövr üçün reytinq üzrə proqnozlar "mənfi"yə dəyişdirilib.
Hesabatda qeyd edildiyi kimi, "mənfi" proqnozların payı xüsusilə Latın Amerikasında (bank reytinqlərinin 80%-i), Yaxın Şərqdə və Afrikada yüksəkdir. Asiyada (Hindistan istisna olmaqla) və MDB-də (Belarus və Ermənistan istisna olmaqla) əhəmiyyətli kapital və likvidlik ehtiyatları, reytinqlər üzrə möhkəmlik dərəcəsi və dövlət dəstəyi sayəsində "sabit" proqnozlar üstünlük təşkil edir.

İqtisadiyyat       Tarix: 04 iyun 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber 2026 son.xeber son xeberler az butun xeberler