Flora Kərimova Prezidentə hərbi salam verdi - "Sizi sevirəm, oğul" - Video

Flora Kərimova Prezidentə hərbi salam verdi - Xalq artisti Flora Kərimova Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı açıqlama verib.
Azxeber.com xəbər verir ki, ARB-də yayımlanan "Elgizlə izlə" verilişinin qonağı olan ifaçı ölkə başçısına təşəkkür edib.
Ali Baş Komandana hərbi salam verərək çıxışına başlayan Flora Kərimova bildirib ki, dövlət başçısı bu diqqəti onun əsgərinə verib:
"Dövlət başçımız millətimi, xalqımı sevindirdi. Ali Baş Komandan bu diqqəti onun əsgərinə verdi. Adətən məni sənətkar kimi tərifləyəndə, deyirəm, sənətkarı tərifləməzlər. O istedadı Allah verir. Ancaq istedada qiymət verməyə ürək lazımdır. Biz naxışlı millətik. Naxışlı millətik ki, bizim siz varsınız. Mən düşünürdüm ki, bu dünyadan Şuşanı görmədən gedəcəm. Siz mənə arxayınlıq bağışladınız. Bu gün anamın ruhunu təbrik etdim. Məni anamın yanında xəcalətli qoymadınız. Ancaq valideyn itirən övlad bilər mənim yanğımı. Birinci sözüm o oldu ki, ana, bağışla, bu günə qədər olan sevinclərimi sənsiz yaşayıram. İndi hamınızın qarşısında deyirəm:  Analar, bağışlayın ki, bu torpaq sizi övladsız qoydu, torpağı sizə ərmağan elədi. Çünki ən böyük oğlunuz, ağlı, savadı, iradəsi ilə bu millətin qarşısında gedirdi. Mən sizi sevirəm, oğul! Çox fəxr edirəm ki, mənim, xalqımın sizin kimi oğlu var!"
Qeyd edək ki, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Kərimovaya Prezidentin fərdi təqaüdü də verilib.

Sosial       Tarix: 01 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər futbol xeberleri metbuat xeberleri gunun xeberleri