Fond: Sistem işlək vəziyyətdədir, qısa müddətdə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbuluna başlanılacaq

Fond: Sistem işlək vəziyyətdədir, qısa müddətdə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbuluna başlanılacaqHazırda "Elektron ipoteka və kredit zəmanət" sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir və Fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir.
İpoteka və Kredit Zəmanət Fondundan Trend-ə verilən məlumata görə, 22 yanvar 2020-ci il il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı "Elektron ipoteka və kredit zəmanət" sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində "elektron sistemin çökməsi" başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, müraciətlərin qəbulu və qiymətləndirilməsi prosesində növbəliliyin və şəffaflığın təmin edilməsi, qarşılıqlı təmas və sui-istifadə hallarının qarşısının alınması, sənəd dövriyyəsinin optimallaşdırılması və minimuma endirilməsi, xidmət prosesinin sürətləndirilməsi məqsədilə müvafiq elekton sistem 2013-cü ildən etibarən tətbiq olunur:
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və Fondun Nizamnaməsinə uyğun olaraq Fondun qarşısına yeni vəzifələrin qoyulması ilə əlaqədar olaraq yeni "Elektron ipoteka və kredit zəmanət" sistemi (Elektron sistem) yaradılıb və 19 iyun 2019-cu il tarixindən əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndircilər) istifadəsinə verilib.
Qeyd etmək lazımdır ki, elektron sistem müasir texnoloji platforma və bulud texnologiyaları üzərində qurulub və hazırda Fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə kifayət qədər geniş və mürəkkəb funksionallığa malik əməliyyatların avtomatlaşmasını təmin edən unikal bir sistemdir.
Belə ki, elektron sistem müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənəd, nikah və ailə tərkibi, iş yerini və gəlirlərinə, sosial sığorta ödənişlərinə, vergi öhdəliklərinə, kredit tarixçəsinə və ipoteka qoyulan daşınmaz əmlaka dair məlumatların elektron qaydada əldə edilməsi üçün "Elektron hökumət" portalına inteqrasiya olunub və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərbaycan Kredit Bürosu" MMC, Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və digər) və ehtiyatlarından tələb olunan məlumatların bu sistemə ötürülməsi imkanı təmin edilib. Nəticədə, Fondun təqdim etdiyi xidmətlər üzrə ölkə vətəndaşları tərəfindən kağız daşıyıcılarında təqdim edilən sənədlərin sayının minimal həddə çatdırılması və xidmət səviyyəsinin yüksəldilməsi təmin edilib.
Elektron sistem təkcə əhalinin müraciətlərinin qəbulunu və qiymətləndirilməsini deyil, ümumilikdə Fond ilə müvəkkil təşkilatlar (banklar, sığorta şirkətləri və qiymətləndiricilər) arasında aparılan maliyyə əməliyyatlarının və rəsmi yazışmaların avtomatlaşdırılmasını da təmin edir.
Bununla yanaşı, Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin real rejimdə aparılması üçün Elektron sistem Hökumət Ödəniş Portalı və "ASAN ödəniş" sistemlərinə də inteqrasiya olunub.
Məlum olduğu kimi, 22 yanvar 2020-ci il tarixində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb və əksər vətəndaşların müraciətlərin göndərilməsində çətinlikləri müşahidə olunub. Qeyd etmək istəyirik ki, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar olub.
Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.
Bildiririk ki, hazırda "Elektron ipoteka və kredit zəmanət" sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir və Fond ilə müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsini tam təmin edir.
Yekun olaraq, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən baş vermiş texniki problemlə bağlı məsələyə anlayışla yanaşılmasını xahiş edir və bildiririk ki, ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 23 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 cəbhədən xəbərlər son xeber cəbhədən şad xəbər