"Fransa Azərbaycanın uğurlarını həzm edə bilmir" - Deputat

"Fransanın xarici işlər naziri Jan-Noel Baronun Fransa Senatında Azərbaycana qarşı qəbuledilməz bəyanatla çıxış etməsi təkcə Azərbaycanın daxili işlərinə qarışmaq deyil, eyni zamanda ölkəmizə qarşı əsassız ittihamların bariz nümunəsidir".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib. 

O qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünün bərpa etməsini Fransa qəbul edə bilmir:
"Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra Fransa xarici işlər nazirinin qərəzli və diplomatik etikaya uyğun olmayan fikirlər bildirməsi qəbuledilməzdir. Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıq, ölkənin ərazi bütövlüyünün bərpa olunması və Ermənistanla sülh prosesinin ciddi şəkildə irəliləməsi görünür ki, Fransanı hələ də ciddi şəkildə narahat edir. Fransa yeni reallıqlarla barışa bilmir. 
Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan işğalına son qoyulması və torpaqlarımızda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması ilə bağlı bir kəlmə belə danışmayan Fransanın əsas diplomatı indi guya ermənilərin Azərbaycan ərazisindən qovulmasından və tarixi abidələrin dağıdılmasından bəhs edir. Halbuk 30 ildən artıq müddətdə Azərbaycanın tarixi və mədəni irsi təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil, digər ərazilərdə də sistemli şəkildə məhv edilib".
Parlamentari qeyd edib ki, Fransanın aqressiv siyasəti yalnız Azərbaycanla məhdudlaşmır:
"Fransanın bu siyasəti göstərir ki, rəsmi Paris Cənubi Qafqazda, Xəzər hövzəsində və Avrasiya regionunda Azərbaycanın lider dövlətə çevrilməsini qəbul edə bilmir. Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması Fransanın bölgədə manipulyasiya imkanlarını zəiflədəcək. Çünki regionda sabitlik yaranarsa, Fransanın burada gərginlikdən istifadə edərək təsir imkanlarını genişləndirmək siyasəti iflasa uğrayacaq. Fransanın aqressiv siyasəti yalnız Azərbaycan və Cənubi Qafqazla məhdudlaşmır. Afrikada, Yaxın Şərqdə və okean hövzələrində hələ də davam edən müstəmləkəçilik siyasəti bunu açıq şəkildə göstərir. Müxtəlif bölgələrdə xalqların və resursların istismar olunması Fransanın hələ də ekspansionist və müdaxiləçi siyasətdən əl çəkmədiyini ortaya qoyur.
Aralıq dənizində də Fransanın aqressiv siyasəti davam edir. Rəsmi Parisin Yunanıstan, Cənubi Kipr, İsrail və Hindistanla birlikdə Türkiyəyə qarşı formalaşdırdığı əməkdaşlıq təhlükəsizlik balansı baxımından narahatlıq doğurur".
Deputat qeyd edib ki, Fransa Ermənistan üzərindən Cənubi Qafqazda destruktiv siyasət aparmağa çalışır:
"Fransa Ermənistan üzərindən Cənubi Qafqazda destruktiv siyasət aparmağa çalışır. Avropa Siyasi Birliyinin toplantılarında da Prezident Emmanuel Makronun Ermənistana xüsusi yaxınlıq nümayiş etdirməsi və erməni ictimaiyyətinin rəğbətini qazanmağa çalışması bunun göstəricisi kimi qiymətləndirilir.
Ermənistan Fransanın bu siyasətinin alətinə çevrilməməlidir. Ermənistan region dövlətləri- Türkiyə və Azərbaycanla qonşuluq münasibətlərini nəzərə almalı və xarici güclərin geosiyasi maraqlarının qurbanına çevrilməməlidir. Azərbaycan isə güclü dövlətdir və müttəfiqləri ilə birlikdə regionda yeni reallıq yaradıb".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə xəbərlər.com dunyada son xeberler bugunun xeberleri