Fransa da yumşaldı - Makron erməniləri məyus etdi

Fransa da yumşaldı - Makron erməniləri məyus etdiErmənistanın "humanitar böhran" şousu baş tutmayınca düşmən ölkənin havadarlarının da planları pozuldu. Bəzi Qərb ölkələrinin ssenarisinə uyğun hərəkət edən Ermənistan onların təhriki ilə yük maşınlarını Azərbaycanla şərti sərhəddə göndərdi. Ardınca bir neçə TIR da Fransanın göndərdiyi "humanitar yardımı" Qarabağa çatdırmaq üçün əvvəlkilərin cərgəsinə qoşuldu. Azərbaycanın isə mövqeyi qətidir və heç bir ölkə dövlətimizin iradəsinə qarşı çıxa bilməz.
Bu fikirləri ötən həftə BMT TŞ-nin növbədənkənar iclasında səfir Yaşar Əliyev də səsləndirdi.
Əslində bütün dünya Azərbaycanın haqlı tərəf olduğunu qəbul edir və Azərbaycanın suveren hüquqlarına hörmət etdiyini bildirir. Hətta Ermənistan rəhbərliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Bununla belə Ermənistan və havadarları öz dediklərindən əl çəkmirlər. İndi onlar Azərbaycana ərazi iddiasını bir tərəfə qoyub, məsələni "humanitar fəlakət və etnik təmizləmə" üzərində qururlar. Dünyaya da guya Azərbaycanın Qarabağda "soyqırım" törətdiyini bəyan etməklə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar.
Dünya ictimaiyyəti isə həqiqəti anlayır və Azərbaycanın humanitar yüklərin daşınması üçün təklif etdiyi alternativ marşrutu dəstəkləyir. Artıq ermənilərin yalan və böhtanlarından cana doyan dünya birliyi onların nə istədiyini anlayır.
Ona görə də erməni yalanları dünyada keçmədiyindən düşmən ölkə reallıqla barışmaq məcburiyyətindədir. Ermənistanın ən yaxın dostu Fransa da həqiqəti qəbul edir və ermənidən daha çox erməni olan prezident Emmanuel Makron da ritorikasını bir qədər yumşaldıb.
"Le Pointe" nəşrinə müsahibə verən Makrona jurnalistin: "Qarabağda baş verənləri "soyqırım" adlandırmaq olarmı?" sualına Fransa prezidentinin cavabı erməniləri qane etməyib.
"Mən bu termini tələsik işlətməkdən çəkinərdim", – deyən Makron eyni zamanda Ermənistana da mesaj verib. Bununla Makron dolayısı ilə Qarabağda soyqırım-filan yoxdur və təklif olunan marşrutlardan istifadə olunmalıdır deyib.
Qarabağdakı qondarma qurumun rəhbərliyi də Ağdam yolundan istifadə olunacağını bildirib. Deməli, Azərbaycanın haqlı tələbi qarşısında geri çəkilən düşmənin təklifi qəbul etməkdən başqa çarəsi qalmayıb. Bununla da Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası mərhələ-mərhələ həyata keçiriləcək.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 24 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi banklar son xeber.az iqtisadiyyat xeberleri bugun en sonxeber