Fransa səfiri: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazırıq"
"Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son səylərini tam dəstəkləyir və iki ölkə arasındakı münasibətlərin normallaşmasına dəstək verməyə hazırdır".
KONKRET.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib.
"Yaxın vaxtda Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqlar keçirilməsi üçün həqiqi imkanlar var. Bu məsələni hər iki ölkənin lideri müzakirə edib. Onlar arasında başlıca məsələlərə dair məktub mübadiləsi aparılıb, rəsmi təmaslar baş tutub. Həmçinin vətəndaş cəmiyyəti nümayəndələri də görüşüblər. Bütün bunlar ehtiyatlı nikbinlik üçün əsas yaradır",- o deyib.
Diplomatın fikrincə, bütün bunlara baxmayaraq sülh sazişi imzalamaq asan olmayacaq.
"Vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Alimlər, beyin mərkəzləri, rəssamlar, yazıçılar, aktyorlar, iş adamları, sadə vətəndaşlar sülh üçün rəy bildirməklə bu prosesə təkan verə bilərlər. Xüsusilə qadınların sülhyaratmada mühüm rolu beynəlxalq səviyyədə təsdiq olunub",- səfir vurğulayıb.
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik