Fransada etiraz aksiyalarında 175 minə yaxın şəxs... 

Fransada etiraz aksiyalarında 175 minə yaxın şəxs... Çərşənbə günü Fransada "Hər şeyi blokla" hərəkatı çərçivəsində keçirilən etiraz aksiyalarında azı 175 min nəfər iştirak edib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, ölkə üzrə təxminən 550 mitinq və nümayiş keçirilib. Gün ərzində baş verən iğtişaşlar zamanı ilkin məlumatlara görə, 203-ü Parisdə olmaqla, ümumilikdə 473 nəfər saxlanılıb. Onlardan 339-u ölkə üzrə, 106-sı isə Parisdə həbs olunub.
DİN-in məlumatına görə, iğtişaşlar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.
Etiraz aksiyaları sosial şəbəkələr vasitəsilə təşkil olunub. Aksiya iştirakçılarının çoxu dövlət qurumlarının fəaliyyətini bloklamağa, yolları bağlamağa cəhd edib. Polis 262-dən çox blokada halı qeydə alıb. Bir çox ərazilərdə baryerlər qurulub, zibil konteynerləri yandırılıb. Xüsusilə Parisdə Şimal vağzalı yaxınlığında aksiyalar polis əməkdaşları ilə toqquşmalara çevrilib.
Nəqliyyat Nazirliyindən bildirilib ki, etirazlara paralel keçirilən tətil nəticəsində dəmiryol xətlərində qatarların sayı kəskin azalıb, təxminən 110 aviareys ləğv edilib. Nazirlik digər reyslər üzrə də çətinliklərin ola biləcəyi barədə xəbərdarlıq edib.
Etirazçılar arasında Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi əsas şüarlardan biri olub.
Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (ÜƏK) yaydığı bəyanatda 10 sentyabr hərəkatını "ilk uğurlu mərhələ" adlandırıb.
Bundan əlavə, həmkarlar ittifaqı dövlət maliyyə sektorunda çalışan 10 min nəfərin, dəmiryol işçilərinin 25 faizinin, eləcə də dövlət xəstəxanalarında yüzlərlə iş yerində işin dayandırılmasının təşkili ilə bağlı təşəbbüsləri öz uğuru kimi qeyd edib.

Hadisə       Tarix: 11 sentyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər xabar az havanın temperaturu qarabag