Fransada Makronun ucbatından "vicdansız iğtişaş" yaranıb
Fransa Prezidenti Emmanuel Makronun növbədənkənar seçki təyin etmək qərarı yeni ifrat sağçı hökumətin formalaşması ilə nəticələnməsə də, hökuməti daha da çaşdıracaq "vicdansız iğtişaş"la bitib.
KONKRET.az xəbər verir ki, bu barədə "Bloomberg"in köşə yazarı Con Oters yazır.
O qeyd edir ki, Fransadakı parlament seçkisi 180 mandat almış solçu partiyalar koalisiyasının – Yeni Xalq Cəbhəsinin qələbəsi ilə başa çatıb. Prezidentin Dirçəliş Partiyası cəmi 162 yer qazanıb. İfrat sağçı Milli Vəhdət partiyası 142 yerlə üçüncü olub.
Bu partiyaların heç biri ümumi çoxluq üçün tələb olunan 289 yerə malik deyil və indiki tərkibdə heç kim sağçı Marin Le Penlə birləşməyəcək, ona görə də növbəti hökumət mərkəz-sol qüvvələrin birləşməsindən formalaşacaq.
"Təklif olunan koalisiya tərəfdaşları arasında ideoloji məsafələr o qədər böyük olacaq ki, ardıcıl hökumət proqramı, çətin ki, mümkün olsun", – deyə məqalədə qeyd olunur.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı