Fransada maska taxma məcburiyyətinə SON QOYULUR
Fransada yeni növ koronavirusa (Covid-19) yoluxma hallarındakı azalmadan sonra, iyunun 17-dən etibarən bəzi hallar istisna olmaqla açıq yerlərdə maska taxma məcburiyyətinə, iyunun 20-dən isə gecə komendant saatı tətbiqinə son qoyulacağı bildirilib.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks Nazirlər Kabinetinin toplantısından sonra təşkil etdiyi mətbuat konfransında deyib.
O, son 7 gündə orta hesabla gündəlik yoluxma sayının 3 min 200-ə endiyini qeyd edib.
Fransanın heç bir bölgəsində epidemiya ilə bağlı narahatlığın olmadığını vurğulayan Kasteks bu günə qədər 30 milyondan çox insanın peyvənd olunduğunu xatırladıb.
Kütləvi tədbirlər, stadionlar və marketlər xaricində açıq ərazilərdəki maska məcburiyyətinə iyunun 17-dən son qoyulacağını qeyd edən Kasteks qapalı yerlərdə maska taxmağa davam edilməsinin vacibliyini vurğulayıb.
Kasteks 23.00-06.00 arasında tətbiq olunan komendant saatının 30 iyun yerinə 20 İyunda ləğv ediləcəyini bildirib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər