Fransadan İsrailə "Fələstin" MESAJI: Makron nə planlaşdırıb?
Fransa Fələstin dövlətini tanımağa hazırlaşır. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Məlumata görə, bu, iyunda Səudiyyə Ərəbistanı ilə birgə keçiriləcək konfransda reallaşa bilər. Bəs görəsən, Fransanın belə bir addım atmasının araxında hansı gizli məqamlar dayanır? Makronun bu açıqlaması Fransa-İsrail münasibətlərinə necə təsir göstərəcək?
Mövzunu KONKRET.az-a politoloq Turan Rzayev şərh edib.
"Fələstinin müstəqilliyinin tanınması məsələsi beynəlxalq hüquqla tamamilə normal qarşılanmalıdır. Çünki Fələstin dövləti var və onun müstəqilliyi bəzi ölkələr tərəfindən artıq tanınıb. Ümumiyyətlə, beynəlxalq birlik tərəfindən Fələstinin müstəqilliyinin tanınması vacibdir. Fransanın bu istiqamətdə atacağı addımlar Fələstin aspektindən tamamilə normal qarşılana bilər. Ancaq Parisin bu addımı indi atması İsraillə müəyyən fikir ayrılıqları və siyasi mübahisələrlə əlaqədardır. Əslində Fransa bu addımı İsrailə siyasi mesaj xarakterli olaraq atır. Bu, İsrailin regiondakı genişlənmə siyasətinə qarşı çıxmaqdır. Böyük ehtimalla Paris və Təl-Əviv arasında gərginlik yaranacaq. Onsuz da son illər Avropanın bir sıra dövlətləri Fələstin məsələsinə fokuslanıb. Onlar Fələstin dövlətinin müstəqilliyini tanımağa və beləcə regiondakı varlıqlarını qorumağa çalışırlar".
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir