Fransalı ekspert: "Ermənistana qarşı iddia Beynəlxalq Cinayət Məhkəməsinə verilməlidir
Fransalı ekspert: "Ermənistana qarşı iddia Beynəlxalq Cinayət Məhkəməsinə verilməlidir"
"Ermənistan doğma torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin həyatını təhlükəyə atmaqdan qorxmur".
Bunu "Report"un yerli bürosuna açıqlamasında fransalı tədqiqatçı, Belçikanın Brüssel Azad Universitetinin professoru Sebastian Bussua deyib.
S.Bussua Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritəsini verməməklə öz torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin həyatını təhlükəyə atdığını bildirib:
"Bu məsələdə biz açıq-aşkar beynəlxalq hüquqla tənzimlənən bir problemlə üz-üzəyik. Ümumiyyətlə, minalarla mübarizə Birləşmiş Millətlər Təşkilatının "gündəliyində" olan məsələlərdən biridir. 2017-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvləri tərəfindən 2 365 saylı qətnamə qəbul edilib və bu zaman üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərinə bir daha hörmət etməyə çağırılıblar. Burada müharibədən qalan partlayıcılar, ev şəraitində hazırlanmış partlayıcı qurğular və ümumiyyətlə, mülki şəxsləri, hüquq-mühafizə orqanlarını və hərbi qulluqçuları riskə atan bütün sursatlar nəzərdə tutulub.
Mətndə bildirilir: "Silahlı qarşıdurmaların bütün tərəfləri beynəlxalq humanitar hüquqa zidd olan partlayıcı qurğuların istifadəsinə dərhal və qəti son qoymalıdırlar". Bu, mülki əhalinin və xüsusilə uşaqların qorunması deməkdir. Bu cihazların məhv edilməsi prioritet məsələdir. Ermənistan bunu etməli idi. İndi Azərbaycan öz ərazisini minalardan təmizləməyə hazırdır, lakin xəritəsiz necə etmək olar?".
O qeyd edib ki, bölgə minalanmış qaldığı müddətdə sülh və yenidənqurma işində qəti bir irəliləyiş çətin olacaq:
"Unutmayaq ki, Qarabağda ermənilər də yaşayırlar. Bu ərazi nə qədər tez minalardan təmizlənərsə, o qədər də tez dinamik sülhün yaradılması üçün hər iki tərəfin səyi ilə region təhlükəsiz olar. Ermənistan Cənubi Qafqazda sülhün vəd etdiyi inkişafdan faydalanmaq üçün Bakı ilə tezliklə barışmalıdır".
Fransalı ekspert vurğulayıb ki, Ermənistan öz xoşu ilə xəritələri təqdim etməsə, məhkəmə yolu ilə verməyə məcbur olacaq:
"Beynəlxalq hüquqda bu da nəzərdə tutulub ki, minaların təmizlənməsi işinə cəlb edilənlər, habelə BMT-nin sülhməramlı əməliyyatları çərçivəsində bu işlə məşğul olanlar üçün bütün imkanlar yaradılmalıdır. Bura öz növbəsində xəritələrlə təmin edilmə də aiddir. 1998-ci ildə piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyası imzalanarkən də Ermənistan kənarda qalmışdı. Azərbaycan da bu konvensiyaya qoşulmamışdı. Lakin Azərbaycana məxsus torpaqları minalayan Ermənistan idi. Azərbaycanın geri aldığı ərazilərdə minaların yerini bildirməsə, Ermənistanın işini Birləşmiş Millətlər Təşkilatına və ya Beynəlxalq Cinayət Məhkəməsinə vermək lazım olacaq. Sülh prosesində irəliləmək üçün Ermənistanın müharibə cinayətləri məsuliyyəti məsələsi də araşdırılmalıdır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına