Fransalı politoloq: "Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurur
Fransalı politoloq: "Ermənistan minaların yerini deməkdən imtina etməklə öz maraqlarına ziyan vurur"
"Minaların yerini deməkdən imtina etməklə Ermənistan öz maraqlarına ziyan vurur".
Bunu "Report"un Fransa bürosuna açıqlamasında fransalı tarixçi, politoloq Maksim Qoən (Maxime Gauin) bildirib.
O deyib ki, Ermənistan Azərbaycana qarşı istifadə edə bilməsi üçün minalara dair, habelə bir sıra digər silahlara dair konvensiyaları ratifikasiya etməkdən imtina edib:
"Azərbaycanlıların həyatını təhlükə altına atmaq Ermənistan hökumətini 1991-ci ildən etibarən heç vaxt qorxutmayıb. Ermənistan nəinki minalara dair, hətta digər silahların istifadəsini qadağan edən konvensiyalara imza atmaqdan imtina edib. Buna səbəb də həmin silahlardan Azərbaycana qarşı istifadə etməsi olub. Məsələdə Ermənistanın ümumi mövqeyi hər zaman bundan ibarət olub".
Politoloqun fikrincə, Ermənistan müharibədə Azərbaycana uduzduqdan sonra Nikol Paşinyan reallığı nəhayət ki, anlamağa başlayıb:
"Lakin təəssüflər olsun ki, Ermənistanın bir sıra hökumət və müxalifət nümayəndələri reallığı hələ də başa düşməyiblər. Mülki insanlara qarşı minalar kimi qadağan olunmuş üsullardan qəsdən istifadə edilməsi beynəlxalq hüquqa ziddir. Lakin beynəlxalq hüquq qanunlarından da əlavə, böyük hərbi-texniki üstünlüyə malik olan ordusunun gücünə torpaqlarını azad edən qonşusuna minaların yerini deməkdən imtina etməsi Ermənistanın maraqlarına ziddir. Beləliklə, o, bu yolla Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymaq perspektivlərini yubatmış və təxirə salmış olur. Bu münasibətlər isə öz növbəsində Ermənistanın qurtuluşu və xilası üçün böyük önəm daşıyır". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına