Fransalı senator: "Minsk Qrupu ləğv edilməlidir, çünki artıq Dağlıq Qarabağ problemi yoxdur

Fransalı senator: "Minsk Qrupu ləğv edilməlidir, çünki artıq Dağlıq Qarabağ problemi yoxdurFransalı senator: "Minsk Qrupu ləğv edilməlidir, çünki artıq Dağlıq Qarabağ problemi yoxdur"
Minsk Qrupu ləğv edilməlidir, çünki artıq Dağlıq Qarabağ problemi yoxdur.
Bunu Trend-ə və "lagazetteaz.fr" onlayn fransız qəzetinə müsahibəsində fransalı senator Natali Qule deyib.
O bildirib ki, bu qrup faydasızdır. Çünki istənilən halda, bu qurumun balanslı bir siyasəti olmayıb. Otuz ilə yaxındır ki, heç nəyə nail ola bilməyib. Ona görə də Minsk Qrupu ləğv edilməlidir. Çünki artıq Dağlıq Qarabağ problemi yoxdur, Azərbaycan özü öz ərazilərini işğaldan azad edib.
Senator bu dəfə Azərbaycana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" konfransında iştirakla əlaqədar gəldiyini deyib: "Həmçinin, azad edilmiş ərazilərə baş çəkəcəyəm və Azərbaycana dəstək olacağam. Çünki Azərbaycanı Fransada dəstəkləyən rəsmilərin sayı elə də çox deyil. Xatırladım ki, yalnız mən Senatda Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının əleyhinə səs vermişəm".
Son günlər Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən süni şəkildə yaradılan gərginlik fonunda Fransa prezidentinin sosial şəbəkə vasitəsilə yazdığı fikirlərə münasibət bildirən fransalı senator qeyd etdi ki, Fransada ikili mövqe sərgilənir: "Sizə də məlum olduğu kimi, Senat sədri böyük bir nümayəndə heyəti ilə Ermənistana gedir. Keçmişdə bu səviyyədə nümayəndə heyətinin Ermənistana getməsi və daha sonra Azərbaycana gəlməməsi heç vaxt olmamışdı. Hətta prezident Sarkozi o zaman bir gecəni İrəvanda keçirdikdən sonra, bir gün də Bakıda qalmağa gəlmişdi. İndi seçkiqabağı səbəblərdən parlament fərqli bir siyasət yürüdür. Bu gün açıq şəkildə rəsmi mövqedən fərqli mövqelər var. Beləliklə, bu gün Fransa açıq-aşkar Ermənistanın tərəfini tutur və buna görə mən təəssüf edirəm. Təəssüf edirəm ki, artıq balans yoxdur.
Fransalı senator erməni işğalçılarının Azərbaycan torpaqlarını talan etməsi, müsəlmanlara məxsus bütün mədəniyyət abidələrini məhv etmələri ilə bağlı da fikirlərini bölüşüb:
"Avropa Şurası Parlament Assambleyasındakı azərbaycanlı millət vəkilləri uzun illərdir bu məsələləri gündəmə gətirirlər, ona görə də bu məsələ barədə yetərincə məlumatlıyıq".
Senator 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın regionda nəqliyyat qovşağı qismində rolunun artması perspektivlərini qiymətləndirərkən qeyd etdi ki, Azərbaycan bölgədə sabitlik ölkəsidir. Bura Cənubi Qafqaz regionu boyunca dəhlizləri, yolları, dəmiryolu xətlərini gücləndirən iqtisadi qovşaq, eyni zamanda enerji qovşağıdır. Azərbaycanda hər şey öz axarında gedir. /oxu.az

Siyasi       Tarix: 23 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat