Fransanın azərbaycanlı jurnalistə etdikləri bu ölkənin gərçək simasını ortaya qoyur

Fransanın azərbaycanlı jurnalistə etdikləri bu ölkənin gərçək simasını ortaya qoyurXəbər verdiyimiz kimi, Fransa mətbuatında guya AZƏRTAC-ın əməkdaşlarının Yeni Kaledoniyaya Fransada sabitliyi pozmaq üçün göndərildiyi, hətta onların "casus" adlandırıldıqları dezinformasiya tirajlanır.
Bu barədə ötən gün AZƏRTAC İnformasiya Agentliyi açıqlama verib.
Agentlik açıqlamasında qeyd olunan absurd və cəfəng iddiaları qəti şəkildə rədd edib və bunu təxribat xarakterli feyk informasiya sayıb.
Bəs Fransa niyə bu cür dezinformasiya xarakterli yazılarla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır?
Görəsən, bu ölkənin Azərbaycana qarşı çirkin əməlləri nəyə hesablanır? 
Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən əməkdar jurnalist, professor, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli bildirib ki, Fransa Azərbaycana qarşı bu cür qərəzli addımlara hələ I Qarabağ müharibəsi dövründə başlayıb:
Fransanın azərbaycanlı jurnalistə etdikləri bu ölkənin gərçək simasını ortaya qoyur"Əvvəla onu deyim ki, Fransa Azərbaycan ilə münasibətdə, xüsusən də Qarabağ hadisələri ilə bağlı gedən proseslərdəki münasibətlərdə özünü tamamilə ifşa etmiş oldu. Davamlı olaraq Fransa mətbuatında Azərbaycana qarşı təbliğat aparılır. Buna da təəccüblənmirik, çünki özünü "demokratiyanın beşiyi" adlandıran ölkədə ədalətsiz, gerçəkliyə, bəşəri prinsiplərə zidd olan addımlar atılıb. İndi də azərbaycanlı jurnalistlərə qarşı aparılan kampaniya elə sözlə ifadəsi mümkün olmayan yanlış hərəkətdir. Ona görə ki, hər bir jurnalistin istənilən yerdən reportaj hazırlamaq, müsahibələr almaq, oradan materiallar hazırlamaq hüququ var.
Bu səbəbdən də Fransanın həm AZƏRTAC-ın müxbirlərinə qarşı atdığı addımlar və bununla da kifayətlənməyib sonra mətbuatda həmin əməkdaşlara qarşı çirkin kampaniya aparması çox biabırçı hadisədir. Biz Mətbuat Şurasında bu cür davranışları pisləyən bəyanat qəbul edərək mövqeyimizi ifadə etmişik. Hesab edirik ki, Fransanın atdığı addımlar heç bir ölçüyə, demokratik prinsipə, söz azadlığına sığmır. Buna görə də pislənməyə layiqdir. Tarixin bir keçid dövrüdür və bu dövrdə Fransa demokratiyası, mətbuatı ciddi şəkildə axsayır. İndiki Makron hökumətinin siyasəti Azərbaycana münasibətdə olduqca qərəzlidir. Heç bir beynəlxalq hüququn normalarına uyğun olmayan hərəkətlərdir. Biz Fransa mətbuatında aparılan bu cür acınacaqlı kampaniyanı qınayırıq və bunu ümumiyyətlə demokratik dəyərlərin itkisi kimi qiymətləndiririk".
Professor qeyd edib ki, Fransanın bu cür çirkin hərəkətlərinin cavabı rəsmi Bakı tərəfindən verilir:
"Rəsmi Bakının bu addımlara cavabı əlbəttə ki, adekvat olmalıdır. Yəni əgər Fransa bu tip addımlar atırsa, Azərbaycan da onun bu siyasətin arxasında nələrin dayandığını, hansı məqsədlər güddüyünü ifşa etməlidir. Təbii ki, bu barədə Azərbaycan XİN-in bəyanatı var. Bakı diplomatik yollarla məsələyə öz etirazını bildirir. Mətbuatda Fransanın addımlarını pisləyən materiallar çap olunur. Mənə elə gəlir ki, bütün bunlardan Fransa rəsmi dairələri xəbər tutur. Ona görə ki, burada baş verən nə varsa, səfirlik vasitəsilə hökumət bundan xəbər tutur. Mənim fikrimcə, Fransanın bu prosesi şiddətləndirməsi münasibətlərimizə mühüm şəkildə mənfi təsir göstərir. Bu cür hərəkətlər iki ölkə arasındakı əməkdaşlığa vurulan ciddi zərbədir. Fransa bunu qəsdən edir. Fransa bu çirkinlikləri Ermənistanla bağlı iddialarının ödənmədiyi üçün edir. Fransa özünün müttəfiqi Ermənistanın bu biabırçı məğlubiyyətiylə barışa bilmir. Bunun da qisasını Azərbaycandan almaqda görür. Fransa ilə Azərbaycan arasında informasiya müharibəsi davam edir. İmkanlar eyni deyil. Fransa böyük dövlətdir. Bununla yanaşı, Azərbaycan da haqqın-ədalətin yanındadır və onu müdafiə edir. Azərbaycan da öz gücü və imkanları daxilində buna etirazını bildirir".
Məsələ ilə bağlı azxeber.com-a danışan "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli bildirib ki, Azərbaycan Fransanın müstəmləkə altında saxladığı xalqların ümid yerinə çevrilib:
Fransanın azərbaycanlı jurnalistə etdikləri bu ölkənin gərçək simasını ortaya qoyur"Azərbaycan Fransanın müstəmləkə altında saxladığı xalqların ümid yerinə çevrilib. Fransanın azərbaycanlı jurnalistə qarşı etdikləri söz azadlığının pozulmasıdır və bu ölkənin gerçək simasını ortaya qoyur. Özünü "demokratiyanın" beşiyi adlandıran və bu dəyərləri başqa ölkələrə "ixrac" etməyə cəhd edən Fransanın tarixinə, həm də mövcud vəziyyətinə nəzər yetirdikdə demokratik dəyərlərin, insan haqları və söz azadlığının ən çox pozulduğu ölkə olduğunu görə bilərik. Fransa hələ də müstəmləkə siyasəti yürüdür və müstəmləkədə saxladığı ölkələrə qarşı əsl diktatura rejimi tətbiq edir. Afrika ölkələrinin tarixi başdan ayağa Fransanın qanlı tarixindən ibarətdir. Belə bir ölkənin demokratiyadan, söz azadlığından danışması həqiqətlərin təhrif edilməsindən başqa bir şey deyil".
Baş redaktor əlavə edib ki, Fransa tarixən Afrikada etdiyi müstəmləkəçilik siyasətini bu gün Cənubi Qafqazda tətbiq etməyə cəhd göstərir:
"Fransa eyni müstəmləkə siyasətini bu gün Cənubi Qafqazda tətbiq etməyə cəhd göstərir. Bu siyasətin qarşısında əsas maneə kimi gördüyü Azərbaycana qarşı "səlib yürüşü"nə başlayıb. Çünki Azərbaycan Fransanın təkcə bizim bölgəmizdə həyata keçirmək istədiyi müstəmləkə siyasətinin qarşısını almır, həm də rəsmi Parisin müstəmləkə altında saxladığı xalqların ümid yerinə çevrilib. Bunu öz maraqlarına zərbə kimi qəbul edən Fransanın Azərbaycana qarşı bütün formalarda qərəzli münasibət sərgiləməsi də məhz bundan qaynaqlanır. Azərbaycanlı jurnalistə qarşı edilən təzyiqlər də bu siyasətin tərkib hissəsidir. Belə görünür ki, bu təzyiqlər davam edəcək. Hesab edirəm ki, azərbaycanlı jurnalistlər də Fransanın bu cür qərəzli addımlarına qarşı mövqe bildirməkdən çəkinməməlidir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Fransanın azərbaycanlı jurnalistə etdikləri bu ölkənin gərçək simasını ortaya qoyur

Siyasi       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri son xeberler bugun cəbhədən xəbər sonxeber