"Fransanın izi aydın görünür" - Beynəlxalq ekspertlər Avropanın Bakıya qəzəbinin səbəblərindən danışdılar

Avropanın siyasi institutlarında Azərbaycan əleyhinə aparılan kampaniya ərazi bütövlüyümüzü bərpa etdikdən sonra daha geniş vüsət alıb. Avropanın ayrı-ayrı siyasi təşkilatlarında Azərbaycana qarşı qarayaxma ilə məşğul olan qüvvələr eyni mərkəzdən koordinasiya edilir. Bütün bunların arxasında isə Fransanın durması bəllidir. Ermənistandan vasitə kimi istifadə edən Qərb Cənubi Qafqaz regionunda Azərbaycanı zəiflətmək, onu nüfuzdan salmaq niyyəti güdür.
Qərbin bu cür yanaşması Ermənistana əlavə stimul verir və onların hazırda sərgilədiyi davranış sülh gündəliyinə ciddi zərbədir. Qazaxıstanlı politoloq Azat Axmetov da bu fikirdədir:
"Ermənistan nümayəndə heyətinin Azərbaycanın əleyhinə səs verməsi əslində çox şeydən xəbər verir. Əgər siz qonşu ölkə ilə dialoqa və anlaşmaya çalışırsınızsa, o zaman ümumi xora niyə qoşulursunuz? Ermənistan nümayəndə heyətinin AŞPA-da Azərbaycan əleyhinə səs verməsi erməni deputatların uzaqgörənliyi ilə bağlı şübhələr yaradır. Onlar vəziyyəti düzgün qiymətləndirmədilər, sürü refleksi ilə hərəkətə keçdilər".
Onun fikrincə, ümumilikdə Avropada, xüsusən də AŞPA-da  antiAzərbaycan kampaniyasının arxasında Fransanın izi aydın görünür: "Yeri gəlmişkən, səsvermə adlanan bu biabırçı şouda bir çox nümayəndə heyəti iştirak etmək istəmədi. Fikrimcə, Fransa Cənubi Qafqazda fiaskosunun qisasını almaq üçün Bakıya təzyiq göstərir. Çünki Azərbaycan açıq şəkildə buna qarşı çıxır və onun regiona soxulub orada öz təsirini yaymasına imkan vermir.
Dünyanın bir çox regionlarında siyasi və diplomatik məğlubiyyətə uğrayan Fransa üçün Azərbaycan əsas geosiyasi rəqibə çevrilib. Bakı Makronun Britaniya, Almaniya və ABŞ kimi bölgə uğrunda rəqabət aparan ölkələri ən azı müəyyən mənada qabaqlamaq planlarını alt-üst edir. Amma fakt budur ki, London, Berlin və Vaşinqton siyasi baxımdan Parisdən daha ağıllıdır. Fransa və Ermənistan isə praktiki olaraq təxribat və çirkin siyasət çərçivəsində hərəkət edirlər. Makron özünü erməni kimi aparır və bu kənardan çox gülməli görünür".
Rusiyalı politoloq Aleksandr Ryabtsovun fikrincə, onların AŞPA-da  antiAzərbaycan əhval-ruhiyyəsini necə qızışdırmağa cəhd etmələrinin təfərrüatlarına yəqin ki, aydınlıq gələcək:
"AŞPA Azərbaycana təzyiq məkanına çevrilib. Bu isə birbaşa Azərbaycanın güclənməsi ilə bağlıdır. Son illər AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnamələr açıq-aydın öz ərazisində sadəcə qayda-qanun yaratmaqla məşğul olan Bakının hərəkətlərinə narazı reaksiya kimi görünür. Amma bu hərəkətlər ən azı Parisin ambisiyalarını pozdu və təbii ki, erməni diasporunun planlarına mane oldu. Maraqlıdır ki, Azərbaycana "hücum"da   AŞPA-nın bəzi üzv ölkələri iştirak etməyib. Hətta Almaniya nümayəndə heyətinin tərkibində  bir sıra deputatlar bu təşəbbüsü dəstəkləməyib. Demli, AŞPA-nın daxilində problemlər var. Yeri gəlmişkən, artıq Azərbaycanın danışıqlar masasına qayıtması ilə bağlı təklif də verilib. Açığı, AŞPA etiraf etdi ki, Azərbaycan, əslində, enerji təhlükəsizliyi sahəsində Avropanın strateji tərəfdaşıdır. Eyni zamanda, Bakı bu siyahıda bəzi sahələri ixtisar edə bilər. Bu, Strasburqdakı avropalı deputatların diqqətlə düşünməli olduğu məsələdir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari metbuat son xeber.az