İranın bu addımı dolları zəiflədə bilər: Bəs manata təhlükə var? - VACİB AÇIQLAMA

İranın bu addımı dolları zəiflədə bilər: Bəs manata təhlükə var? - VACİB AÇIQLAMAİranın neft satışında ABŞ dollarından imtina etməsi və sanksiya altındakı digər ölkələrin alternativ valyuta və ödəniş mexanizmlərinə yönəlməsi qlobal maliyyə sistemində yeni tendensiyaların formalaşdığını göstərir. Son illərdə xüsusilə Çin yuanı və regional valyutalar üzərindən aparılan ticarətin artması fonunda, dolların beynəlxalq sistemdəki rolu yenidən müzakirə predmetinə çevrilib. Bəs bütün bu dəyişikliklər fonunda ABŞ dollarının beynəlxalq ehtiyat valyutası kimi mövqeyi real təhlükə altındadırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dolların qlobal üstünlüyü təkcə neft ticarətinin bu valyuta ilə aparılması ilə izah olunmur.
İranın bu addımı dolları zəiflədə bilər: Bəs manata təhlükə var? - VACİB AÇIQLAMA"1970-ci illərdə neftin dollarla satılması ABŞ valyutasının güclənməsində mühüm rol oynasa da, hazırda bu faktor həlledici deyil.
ABŞ dollarının əsas üstünlüyü ölkə iqtisadiyyatının gücü və maliyyə bazarlarının yüksək inkişaf səviyyəsi ilə bağlıdır. Amerikanın maliyyə bazarları son dərəcə inkişaf edib və bunun real alternativi yoxdur. ABŞ dövlət istiqrazları dünya üzrə ən etibarlı investisiya alətlərindən biri hesab olunur və beynəlxalq şirkətlər bu alətlərə rahatlıqla yatırım edirlər", – deyə o, vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq bank sistemi də uzun illərdir dollar üzərindən qurulub və həm ödənişlərdə, həm də yığımlarda bu valyutanın üstün mövqeyi formalaşıb.
"Bu səbəbdən neft ticarətində dolların payının azalması qlobal sistemə dərhal və ciddi təsir göstərməyəcək.
İranın dollardan imtinası daha çox sanksiyalarla bağlı məcburi addımdır. İran dollardan istifadə edə bilmir, buna görə alternativlərə yönəlir. Amma bu, qlobal miqyasda dolların mövqeyində sarsıdacaq gücdə deyil", – deyə o, əlavə edib.
Xalid Kərimli vurğulayıb ki, dünya neft bazarında əsas oyunçular – Azərbaycan, Norveç, Kanada və Körfəz ölkələri hələ də nefti əsasən dollarla satırlar.
Körfəz regionunun qlobal neft ticarətində payının 25-30 faiz olduğunu xatırladan iqtisadçı bildirib ki, bu ölkələrin tam şəkildə alternativ valyutalara keçidi real görünmür.
O, həmçinin Çin yuanının istifadəsinin genişləndiyini etiraf etsə də, bu valyutanın etimad və bazar dərinliyi baxımından hələlik dolları əvəz edə bilmədiyini vurğulayıb.
"Yuanın qlobal valyutaya çevrilməsi üçün Çində kapital bazarları daha da inkişaf etməlidir. Bəzi ölkələr ABŞ və Avropanın maliyyə sanksiyalarından yayınmaq üçün ikitərəfli ticarətdə milli valyutalara üstünlük verməyə çalışır. Lakin bu tendensiya qısa və orta müddətli perspektivdə dolların qlobal hegemoniyasını sarsıtmaq üçün kifayət deyil". – deyə ekspert bildirib.
Beləliklə, mövcud geosiyasi və iqtisadi proseslər fonunda alternativ valyutalara maraq artsa da, ekspertin fikrincə, yaxın perspektivdə ABŞ dollarının beynəlxalq ehtiyat valyutası kimi dominant mövqeyi üçün ciddi təhlükə görünmür.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 10 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xəbərlər bugün cəbhədən son görüntülər en son xeberler