Səfir: İran danışıqlara hazırdır, lakin müdafiə gücünün artırılması da nəzərdə tutulur - MÜSAHİBƏ

Səfir: İran danışıqlara hazırdır, lakin müdafiə gücünün artırılması da nəzərdə tutulur - MÜSAHİBƏİran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibə verib.
azxeber.com müsahibəni təqdim edir:
- Cənab səfir, atəşkəs elan olunduqdan dərhal sonra hər iki tərəf - həm Amerika Birləşmiş Ştatları, həm də İran qələbə qazandıqlarını iddia etdilər. Bu müharibədə İranın qələbəsini izah etmək üçün sizin arqumentləriniz nədən ibarətdir?
- Qələbəni qiymətləndirmək üçün müəyyən meyarları nəzərə almaq lazımdır. Təcavüzkar qüvvələrin irəli sürdüyü məqsədlərin heç biri həyata keçmədi və siz gördünüz ki, onlar hər gün bir-birinə zidd bəyanatlar verirdilər. Əvvəlcə deyirdilər ki, məqsəd hakimiyyətin dəyişdirilməsi, İranın nüvə potensialının məhv edilməsi, müdafiə qabiliyyətinin sıradan çıxarılması, Xarq adasının ələ keçirilməsi, müharibədən əvvəl də açıq olan Hörmüz boğazının açılması və s.-dir. Bütün bunlar onların məqsədlərində ziddiyyətlərin olduğunu göstərir. Hazırda isə bu məqsədlərin heç biri reallaşmayıb.
Bizim üçün qələbə şüarlarda deyil, uğrunda dayandığımız prinsiplərin həyata keçməsindədir. Bu gün İran göstərdi ki, onun ərazisinə və ya maraqlarına hər hansı təcavüz edən tərəf təsəvvür etdiyindən daha ağır bədəl ödəyəcək. Bu amil, həmçinin hakimiyyət strukturunun qorunub saxlanması və hətta döyüş zamanı müdafiə imkanlarının artırılması qələbənin ən mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Qətiyyətlə demək olar ki, bu gün İran müharibənin başlanğıcından daha güclüdür və insan və maddi itkilərə baxmayaraq, Hörmüz boğazı kimi yeni rıçaqları da öz əlində saxlayır.
Qərbin İranın təcrid olunduğu barədə apardığı təbliğatın əksinə olaraq, bu böhran müddətində belə bir vəziyyət yaranmadı. Əksinə, Tehran aktiv regional diplomatiya ilə göstərdi ki, İranın iştirakı olmadan regiondakı proseslər nəticə vermir. Bu baxımdan qarşı tərəfin atəşkəsi qəbul etməsi İranın davranışını dəyişmək üçün hərbi variantın uğursuzluğunun göstəricisi kimi qiymətləndirilə bilər.
- Digər tərəfdən, ağır itkilər və tanınmış siyasi və hərbi simaların öldürülməsi faktını da nəzərdən qaçırmaq olmaz. Sizcə, bu məsələ İranın elan etdiyi qələbəyə kölgə salmır?
- Bu suala cavab olaraq, "müharibənin xərcləri" ilə "strateji nəticələr" arasında fərq qoymaq lazımdır. Heç bir böyük qələbə fədakarlıq və qurbanlar olmadan əldə edilmir və bu reallıq tarixdəki bütün böyük münaqişələrdə də müşahidə olunub. İran İslam Respublikasının baxışına görə, tanınmış simaların terrora məruz qalması zəiflik əlaməti kimi deyil, gücün fərqli bir interpretasiyası çərçivəsində qiymətləndirilir. Yəni, fərdlərin fiziki olaraq aradan götürülməsi dağılma əvəzinə, bir çox hallarda daxili birliyin möhkəmlənməsinə və əvvəlki yolu ikiqat yüksək motivasiya ilə davam etdirən yeni siyasi və hərbi nəsillərin formalaşmasına gətirib çıxarıb.
Eyni zamanda, İranda hakimiyyət strukturu ayrı-ayrı şəxslərə deyil, institusional çərçivəyə və yerli doktrinaya əsaslanır. Buna görə də, insan itkilərinə və bəzi əsas simaların itirilməsinə baxmayaraq, müdafiə, nüvə və regional sahələrdə əsas proseslər dayanmayıb. Bu davamlılıq isə strateji nəticələrin qiymətləndirilməsində mühüm göstəricilərdən biri kimi çıxış edir.
Digər tərəfdən, terrora əl atmaq və siyasi-hərbi şəxsləri hədəf almaq İranın rəsmi ritorikasında birbaşa qarşıdurmada acizlik əlaməti kimi qiymətləndirilir. Tehranın fikrincə, bu cür addımlar İranın beynəlxalq səviyyədə hüquqi və etik mövqeyini gücləndirə bilər və eyni zamanda, qarşı tərəfin imicini sual altına sala bilər.
Bu əsasda, ağır insan itkiləri danılmaz olsa da, bu analitik çərçivədə həmin itkilər milli müstəqillik və gücün qorunması yolunun bir hissəsi kimi dəyərləndirilir və mütləq şəkildə "qələbə" anlayışına kölgə salmır.
- İran ordusu İsrailə və bölgədəki ABŞ bazalarına qarşı 100 hava dalğası hücumu həyata keçirib. Bu hücumlar zamanı müəyyən edilmiş hədəflər tam şəkildə reallaşdırılıb?
- Bu əməliyyatların qiymətləndirilməsi yalnız fiziki dağıntının miqyasına əsaslanmır, daha çox müəyyən edilmiş strateji məqsədlər çərçivəsində təhlil olunur. Bu baxımdan, ən mühüm hədəflərdən biri inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinin "keçilməzliyi" haqqında təsəvvürü sarsıtmaq idi. Bu hücumların məcmusu göstərdi ki, İranın yerli istehsal olan raket və pilotsuz uçuş aparatları çoxqatlı müdafiə sistemlərini aşa bilir. Bu isə strateji nailiyyət kimi qiymətləndirilir və gələcək münaqişələrdə İranın müdafiə imkanlarını artıra bilər.
Eyni zamanda, bu hücumlar üçün müxtəlif məqsədlər nəzərdə tutulurdu, o cümlədən rabitə və komanda-idarəetmə imkanlarına zərbə vurmaq. Həmçinin, təhlükə mənbəyi kimi qiymətləndirilən hərbi, kəşfiyyat və logistika mərkəzləri bu əməliyyatların əsas hədəfləri olub. Bu qiymətləndirməyə əsasən, endirilən zərbələr bəzi hallarda qarşı tərəfin əməliyyat fəaliyyətinə təsir göstərə bilib.
- İranın xarici işlər nazirinin də qeyd etdiyi kimi, atəşkəsin ABŞ ilə yanaşı Livanı da əhatə etdiyi bildirilir. Əgər İsrail Livana hücumlarını dayandırmasa, İranın atəşkəs razılaşmasından çıxması ehtimalı varmı?
- Bəli, atəşkəs razılaşmasında regional məsələlər, o cümlədən Livan da açıq şəkildə nəzərə alınıb. Pakistanın Baş nazirinin yayımladığı açıqlamada da bu məsələ açıq şəkildə qeyd olunub. Regional təhlükəsizlik bir-biri ilə əlaqəli xarakter daşıyır və atəşkəs yalnız məhdud ikitərəfli razılaşma kimi deyil, bütün regionda, o cümlədən Livanda gərginliyin azaldılmasına yönəlmiş daha geniş prosesin bir hissəsi kimi qiymətləndirilir. Bu baxımdan, Livana qarşı hər hansı hücumların davam etməsi bu anlaşmanın pozulması kimi dəyərləndirilə bilər.
- Əgər İslamabadda keçirilən danışıqlar uğursuzluqla nəticələnsə və hərbi əməliyyatların yenidən başlanması məsələsi gündəmə gəlsə, İranın ABŞ və İsrailə qarşı hücumları davam etdirmək imkanı varmı?
- Bu məsələnin qiymətləndirilməsi milli imkanlar və strateji hesablamalar çərçivəsində aparılır. Tehranın baxışına görə, ölkənin müdafiə potensialı yerli istehsal və daxili infrastruktur əsasında formalaşıb və bu da hər hansı qarşıdurma ssenarisinin davamlılığını təmin edən əsas amillərdən biri kimi qiymətləndirilir. Daxili resurslara arxalanmaq xarici asılılığı azaltmaqla yanaşı, uzunmüddətli dövrlərdə vəziyyəti idarə etməyə imkan yaradır və ölkənin strateji çevikliyini artırır.
İranın yanaşması yalnız çəkindiriciliklə məhdudlaşmır və şərait dəyişdikdə cavab səviyyəsini tənzimləmək və artırmaq imkanı da mövcuddur. Lakin bu amil gərginliyi artırmaq niyyəti kimi deyil, daha çox çəkindirici mesajlar göndərmək və böhranın idarə olunması çərçivəsində, münaqişənin yayılmasının qarşısını almaq məqsədilə başa düşülə bilər.
Əməliyyat baxımından da ABŞ-ın bölgədəki hərbi mövcudluğu müəyyən məhdudiyyətlər və zəifliklərlə müşayiət olunur ki, bu da strateji hesablamalarda nəzərə alınır. Digər tərəfdən, hər hansı hərbi addım barədə qərar, xərclər, regional nəticələr və beynəlxalq şərait də daxil olmaqla bir sıra faktorlar əsasında veriləcək.
Biz heç vaxt müharibəni başlatmamışıq: həm iyun ayında, həm də 28 fevralda danışıqlar ortasında hücuma məruz qalmışıq. Hazırda da qarşı tərəfə etibar olmasa da, danışıqlara hazırıq, lakin müdafiə gücünün artırılması da nəzərdə tutulur. Son müharibədə olduğu kimi, İranın müdafiə gücü iyun ayındakından üstün idi və yeni müharibə halında İran mütləq daha sərt cavab verəcək.

Siyasi       Tarix: 10 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber