Fransanın keçmiş baş naziri 4 il müddətinə azadlıqdan məhrum edildi

Fransanın keçmiş baş naziri 4 il müddətinə azadlıqdan məhrum edildiFransanın keçmiş baş naziri Fransua Fiyon 4 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə BMF telekanalı Paris Apellyasiya Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Onun həyat yoldaşı Penelopa Fiyon məhkəmənin hökmü ilə 2 il şərti cəza alıb.
Fransa mərkəz sağçıların aparıcı siması olan F.Fiyonla bağlı qalmaqal 2017-ci il prezident seçkiləri kampaniyası zamanı yaranıb. Həftəlik "Kanar anşene" qəzeti keçmiş baş nazirin və prezidentliyə namizədin həyat yoldaşının 8 ildir heç bir iş görmədən deputat köməkçisi kimi maaş alması iddiasını irəli sürüb.
Bildirilib ki, Penelopa Fiyonu bu vəzifəyə siyasətçinin özü parlamentin aşağı palatasının deputatı olan zaman təyin edib.
F.Fiyon baş nazir təyin edildikdən sonra həyat yoldaşı onun xələfi Mark Julo tərəfindən yenidən həmin vəzifəyə təyin edilib. 2021-ci ilin iyununda Paris İslah Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib, ona beş il həbs cəzası verib (iki ili həbsxanada çəkməli idi). Ötən il noyabrın 15-də Paris Apellyasiya Məhkəməsi bu iş üzrə eks-baş nazir və onun həyat yoldaşının apellyasiya şikayətinə baxmağa başlayıb.//Report

Hadisə       Tarix: 10 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Çevik"in döyüləndən sonra FOTOSU

"Çevik" ləqəbi ilə tanınan tiktoker, Vətən müharibəsi iştirakçısı Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində hücuma məruz qalıb. xəbər verir ki, hadisə ilə bağlı 1 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Faktl

Azərbaycanla sərhəddə partlayış… – Xəbərdarlıq edildi

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, "Berkaber" qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq. KONKRET.  -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafi

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, həmi

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı

Yubileyinə iki gün qalmış dünyasını dəyişdi

Bakının Xətai rayonunda yerləşən 17 nömrəli məktəbin müəllimi dünyasını dəyişib. xəbər verir ki, bu barədə məktəbin səhifəsində məlumat paylaşılıb. Qeyd edilib ki, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc Məmmədov

Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb. xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb. Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onu

Şahbuzda ağır qəza - 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Şahbuzda ağır yol qəzası olub. report-a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb

Şəkidə oteldə yanğın oldu

Şəkidə oteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. apa-ya istinadla xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M. Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəl

Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)

Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. Trend-ə istinadən xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb. Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev İbrahim Əbülfə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun