Fransanın söz azadlığına qarşı "səlib yürüşü"

Fransanın söz azadlığına qarşı Fransanın koloniyası olan Yeni Kaledoniyaya ezam edilmiş AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı bu ölkənin rəsmi dairələri tərəfindən peşə fəaliyyətinin icrasına maneələr törədilməsi iki faktı ispatladı.
Birincisi, Fransa beynəlxalq müstəvidə söz azadlığının pozulmasını həyata keçirir.
İkincisi, Aygün Həsənovanın məhz Azərbaycandan gəldiyi üçün bu maneələrlə üzləşməsi siyasi-irqi ayrı-seçkilikdir.
Fransanı narahat edən əsas məqam da müstəmləkə siyasəti yürütdüyü koloniyalarda başlanan azadlıq hərəkatının Azərbaycanı ümid yeri kimi görməsidir. 
Təsadüfi deyil ki, Yeni Kaledoniyada Fransa müstəmləkəsinə etiraz edən xalq Azərbaycan bayrağını da dalğalandırırdı. Polisin etirazına baxmayaraq, onlar Azərbaycan bayrağını aksiya ərazisindən götürmədilər. Bakıda Fransa müstəmləkəsindən əziyyət çəkən xalqların görüşünün təşkil edilməsi və Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisin ədalətsiz siyasətinə qarşı başlanan böyük dalğadan xəbər verir. Fransa məhz buna görə Azərbaycandan olan jurnalistin fəaliyyətini media azadlığını pozaraq, qadağan edir. Artıq Aygün Həsənovanın Fransadakaı fəaliyyətinə də qadağa qoyulub və ölkədən çıxarılması qərarı verilib.
Beləliklə, özünü "demokratiyanın beşiyi" adlandıran Fransa söz azadlığını və medianın informasiya əldə etmək hüququnu nümayişkərana formada tapdalayır. Əslində bu, Fransanın daim gizlətməyə çalışdığı gerçək simasıdır.
"Söz azadlığı", "insan haqları", "demokratiya" kimi dəyərlər Fransa üçün yalnız imperiya siyasətini həyata keçirmək məqsədilə istifadə etdiyi vasitələrdir. Afrikada da məhz bu adlar altında müstəmləkə siyasətini tətbiq edir, digər bölgələrdə də. 
Hazırda Fransanın müdaxilə etmək istədiyi bölgə Cənubi Qafqazdır və bu məqsədlə erməni maraqlarının qorunmasını əsas qayəsinə çevirib. Lakin sirr deyil ki, bu, Fransanın Afrikadakı qanlı siyasətini Cənubi Qafqaza da gətirmək planıdır. Bu plana mane olan, regionun sabitliyin pozulmasına imkan vetməyən güc Azərbaycan olduğu üçün rəsmi Paris bütün vasitələrlə Bakıya qarşı cəbhə açıb. Hətta, bu cəbhəni bir jurnalistin peşə fəaliyyətinə imkan verilməməsinə qədər genişləndiriblər.
Fransanın söz azadlığı və insan haqlarına qarşı "səlib yürüşü" ilk hal deyil. Rəsmi Paris illərdir bu siyasəti həm müstəmləkəsi olaraq gördüyü ərazilərdə həyata keçirir, həm də ölkə daxilində. 
Ümumiyyətlə, Fransanın tarixi qanlı səhifələrlə zəngindir. Dünyanın 50-dən çox dövlətində 50-dən çox xalqının qanını tökən Fransa üçün soyqırımı, işğal, qətliam, müharibə cinayətləri adiləşib. Bunun konkret faktları var.
1830-1962-ci illər ərzində Fransa işğalında olan Əlcəzairdə bütün təbii sərvətlər talan olundu, insanlar kölə olaraq satıldı. 
1954-1962-ci illərdə Əlcəzairin müstəqillik müharibəsi soyqırımı ilə nəticələndi. Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirdi. Fransanın Əlcəzairi işğal altında saxladığı 132 il müddətində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalıb. 
1832-ci ildə El-Uffia qəbiləsinin gecə yatdığı yerdə fransız hərbçiləri tərəfindən qılıncdan keçiriməsi, qadınlar və uşaqlar da daxil olmaqla 12 min adamın qətlə yetirilməsi də Fransanın bəşəriyyətə qarşı törətdiyi dəhşətli cinayətlərdəndir.
1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxarkən gülləboran edilib, 1500 əlcəzairli qətlə yetirilib. Cibuti, Nigeriya və Çad da Fransa qətliamından öz paylarını alıb. Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə "Kasablanka döyüşü" kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilib. 
1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab veriblər. "Bizert böhranı" nəticəsində 5 minə yaxın tunisli öldürülüb. 
Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, "Mıy Ça" adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürüblər, 400-ə yaxın ev yandırılıb. 
1994-cü ildə Fransa Ruandada "təhlükəsiz zona yaratmaq" adı altında hərbi əməliyyat keçirib. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetiriblər. "Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya" tərəfindən 2021-ci il martın 26-da Fransanın dövlət başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunub.
Fransanın tarixi qanlıdır və bu qanlı siyasət günümüzdə də davam etdirilir, müstəmləkə aparatı təkcə demokratiyanı, söz azadlığını yox, bütünlükdə xalqların hüquqlarını məhv etməklə məşğuldur.
Demokratiya və söz azadlığının "qətlə yetirilməsi" Fransanın daxilində də həyata keçirilir. Son üç ildə Fransada "sarı jiletlilər" hərəkatı da daxil olmaqla bütün etiraz aksiyalarına qarşı törədilən zorakılıq bunun bariz nümunəsidir. Beynəlxalq təşkilatlar da Fransanın insan haqları və söz azadlığına qarşı törətdiyi vandallığı öz hesabatlarında qeyd edirlər.
Bütün bunların fonunda tarixi qanlı səhifələrdən ibarət olan, demokratiyanı, söz azadlığını, insan hüquqlarını imperiya siyasətinin alətinə çevirən Fransanın azərbaycanlı jurnalistə qarşı törətdiyi qanunsuzluq təəccüblü deyil. Çünki bu ölkə məsələ öz maraqları olanda heç bir dəyər tanımır!
Vasif Həsənli / azxeber.com

Siyasi       Tarix: 06 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler siyaseti xeberler bugun krimnal xeber